Litva Elmlər Akademiyası (lit. Lietuvos mokslų akademija) və ya LEA — 1941-ci ildə Litva SSR Elmlər Akademiyası (lit. Lietuvos TSR Mokslų akademija) olaraq Litva SSR hökumətinə elmi məsləhət orqanı kimi xidmət edən muxtar, dövlət tərəfindən maliyyələşdirilən bir müəssisə kimi yaradılmışdır. Müəssisənin ilk prezidenti Vintsas Kreve olmuşdur.
Litva Elmlər Akademiyası | |
---|---|
Yaranma tarixi | 16 yanvar 1941 |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | Vilnüs, Litva |
Prezident | Jüras Banys |
lma.lt/en | |
Vikianbarda əlaqəli mediafayllar |
Akademiya Litva Respublikasını ALLEA (Bütün Avropa Akademiyaları Federasiyası), ICSU ( Beynəlxalq Elm Şurası), EASAC (Avropa Akademiyaları Elmi Məsləhət Şurası) və IAP (İnterAcademy Panel) kimi beynəlxalq təşkilatlarda təmsil edir. Bir neçə elmi müəssisə və fondlar təsis etməklə yanaşı, nəşrlər və dərsliklər buraxır, simpozium və konfranslara sponsorluq edir. Akademiya 15 xatirə mükafatı təsis etmiş və hər il gənc alimlərə 10 mükafat və tələbələrə 15 mükafat təqdim edərək gənc alim və tələbələri tədqiqat işləri ilə məşğul olmağa təşviq edir. 2008-ci ildən bəri Litva Bankı ilə birlikdə Vladas Jurgutis mükafatını verir.
Akademiyanın qərargahı Vilnüsdə yerləşir.
Litva Elmlər Akademiyası beş şöbədən ibarətdir: