Litva Krallığı

Litva sikkəsi 2003

Litva Krallığı — XIII əsrin ortalarında Krallıq statusu almış şərqi Avropada orta əsr dövləti. 1251–1263-cü ilər arasında Litva monarxiyası. Kral Mindovq, Litva kralı tacına layiq görülən ilk və tek Litva hökmdarı olmuşdur. 1263-cü ildə Mindovqun öldürülməsindən sonra, bu əsrlərdə ölkədə bütpərəstliyin hökm sürdüyü üçün krallıq statusu itirildi.

Litvanın digər hökmdarları, statusları bir kralın vəziyyəti ilə demək olar ki, eyni olmasına baxmayaraq, "Böyük Hersoq" adlanırdı. XIII–XIV əsrlərdə Litvada bütpərəstlik hökm sürərkən, Litva hökmdarları orta əsrlərdə Avropada standart bir krallıq statusu almadılar(çünki Papadan və ya Müqəddəs Roma İmperatorundan bir tac almalı idilər), lakin buna baxmayaraq diplomatik yazışmalarda "kral" (rex) deyə adlandırılırdı.

Vilhelm fon Urax

XV əsrdə krallıq yaratmaq cəhdi

[redaktə | mənbəni redaktə et]
XVI əsrdə yaradılan şahzadə obrazı olan

Böyük hersoq Vitovtinin (1392–1430-da hökmranlığı) kral tacını əldə etmək cəhdi də tarixə məlumdur. Almaniyanın kralı (Roma kralı), Müqəddəs Roma İmperiyasının gələcək hökmdarı Siqizmund Vitovtiyə kral tacını və kral ləyaqətinin əlamətlərini göndərir. Litvanın krallığa çevriləcəyi təqdirdə Polşanın itiriləcəyinə inanan polşalılar, Polşa ərazisindən keçən imperator elçilərini ələ keçirdilər və tacı aldılar. Daha sonra Siqizmund Vitovtini kral ləyaqətinə aid etmək hüququna malik olduğunu bildirdi və Vilnüsdə Vitovtiyə tacı özünə qoymağı təklif etdi. Lakin Vitovt buna tərəddüd etdi. 27 oktyabr 1430-cu ildə böyük hersoq Trakay şəhərində vəfat etdiyi üçün və kral adını ala bilmədi.[1]

XX əsrdə Litva Krallığı-rəsmi olaraq 11 iyul 1918-ci ildən 2 noyabr 1918-ci ilədək mövcud olmuş etnik litvalıların dövlət quruluşu forması idi. Litva Şurası Litvanın konstitusiya monarxiyası elan edilməsi haqqında qərar qəbul etdi.

  1. "Витовт". 2004-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.