Trakay


Trakay (lit. Trakai, pol. Troki, Qarayca Troch (oxunuşu "Trox"), 1940-cı ilədək "Troki") — şəhər, Litvada rayon mərkəzi.

Trakay
Trakai
Gerb[d]
Gerb[d]
54°38′ şm. e. 24°56′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1337
Sahəsi
  • 11,5 km²
Mərkəzin hündürlüyü 155 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.912 nəf. (1 yanvar 2023)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi LT-21001
Digər
trakai.lt
Xəritəni göstər/gizlə
Trakay xəritədə
Trakay
Trakay
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trakay adının mənşəyi sual altına alınmır. Bu meşənin aşağı yarusu mənasına gələn "trakas" sözünün cəmidir.

Litva salnamələrində yazılıb ki, 1321-ci ildə Böyük knyaz Gediminas köhnə Trakayda, indiki Trakaydan təqribən dörd mil məsafədə, bir qəsr tikib və Kernavedən öz paytaxtını ora köçürüb. (Lakin bu torpaqların ilk sakinləri on min il bundan əvvəl burada görünüb).

border=none Əsas məqalə: Trakay qalası

Gediminasın ölümündən sonra Trakay şəhəri onun oğlu Kyastutis, Böyük Trakay knyazı və Jyamayçyunun da paytaxtı olub. Zaman keçdikcə qəsr öz tarixi əhəmiyyətini itirib. XV əsrin əvvəlindən yerin adı yalnız orada yerləşmiş monastır ilə bağlanır.

İndiki Trakay şəhəri və yeni həyata uyğunlaşmış qala ada üzərində uzun müddətdən sonra yerləşdi. Qəsrin tikintisi 1409-cu ildə, Vilnüsün müdafiəsinin ön istehkamı olacağı ümidi ilə başa çatdı. Əhl-səliblərin salnamələrində ikinci Trokay qəsrinin adı 1377-ci ildə çəkilir. (Adadakı qəsri bir dəfə də zəbt etmək alınmadı, lakin onun ətrafındakı şəhər dağıdılmış və yandırılmışdı, çünki onun müdafiə divarı yox idi.)

Trakay şəhəri Böyük Vitautasın hakimiyyəti dövründə inkişaf edirdi. O Böyük Litva Knyazlığının siyasi mərkəzlərindən biri oldu, qəsr isə o zaman ən güclü və ən böyük idi. O Litvada su üzərində olan yeganə qəsr olmuş və bütün dövrlər üçün belə qalmışdır. Burada Böyük Litva Knyazlığının arxivi – Litva metrikası saxlanılıb.

Vitautas bir neçə karaim və tatar ailəsini Krımdan gətirib Trakaya köçürdü. Onlar qəsr və qalanı mühafizə edir, eləcə də Vitautasın şəxsi mühafizəsi qismində xidmət edirdi. Bunun müqabilində onlara üstünlüklər – torpaq, şəxsi azadlıq, ticarətlə məşğul olmaq və ölkə ərazisində sərbəst səyahət etmək hüququ verilmişdi.

Hazırda Trakayda 1997-ci ildə karaimtatarların Litvada məskunlaşmasının 600 illiyinin bayram edilməsi zamanı təmirdən sonra açılmış, Serayyi Şapşalanın topluların əsasında tərtib edilmiş Trakay karaim muzeyinin sərgisinin ekspoziyası fəaliyyət göstərir. XVIII əsrdə tikilmiş karaim kenassası, ibadət evi, memarlıq abidələri – qədimi qəbiristanlığın darvazaları və hasarı da qalıb. Müəyyən dərəcədə karaim və tatarların aşpazlıq irsi də bu günə kimi qorunub saxlanılıb. Onunla da Trakayda tanış olmaq olar. Vitautasın zamanında Trakay sakinlər dinindən və millətindən asılı olaraq zonalara ayrılmışdı. Onlar öz ibadət evləri yaxınlığında yerləşdirilirdi. O zaman 1409-cu ildə prixod məktəbi açılmışdı. Bir neçə müddətdən sonra bu hüquqa şəhərin xristian hissəsindən ayrı olaraq karaim icması da malik idi.

XVI əsrdə Trakay siyasi mərkəz kimi öz əhəmiyyətini itirdi. Qəsrdə görkəmli məhkumların həbsxanası qurulmuşdu (Qipçaq ordasının xanı Şah Əhməd də burada saxlanılırdı).

XVII əsrin ortalarında Moskva müharibəsi zamanı hər iki qəsr dağıdılmış, şəhər yandırılmışdı. 1915-ci ildə alman artilleriya mərmiləri Trakayın mərkəzini darmadağın etdi.

Trakay ada qəsri sovet dövründə bərpa edilmişdi. İkinci Dünya müharibəsindən sonra şəhərin küçələri bərpa edilmiş, bir neçə memarlıq nöqteyi-nəzərindən daha çox və ya daha az mahiyyətli binalar tikilmişdi. Respublika su idman növləri stansiyası qurulmuş, Respublika avar çəkmə üzrə bazası tikilmişdi. Avar çəkmə üzrə beynəlxalq yarışlar keçirilməyə başlamışdı.

Trakay ətrafı meşələr çoxdan bəri çoxlu sayda vəhşi və yırtıcı heyvanlarla məşhurdur. Lakin onlar zadəganların çox məşhur ovları zamanı etinasız olaraq məhv edilirdi. Beləliklə, indi biz yalnız onunla fəxr edə bilərik ki, Trakay meşələrində, bildiyimiz kimi, sonuncu ayı güllə ilə vurulub.

Budur Varnikyay yarımadası. İndi biz asanlıqla onu ziyarət edə bilərik, yüz il bundan öncə isə bu Alqirdasın adını daşıyan və ya "heyvanxana" adlanan ada idi. XVII əsrdə Jiliber de Lanua bu barədə yazırdı: "Trakay şəhəri – yalnız bu meşələrdə ovlanıla bilən yırtıcı heyvanların dolu olduğu hasarlanmış parkdır. Onların arasında vəhşi öküzə oxşayan dağkeçisinə, böyük atlara oxşayan sığına rast gəlinir…" Lakin XVII əsrdə heyvanxana tənəzzül etdi.

Trakay – Litvanın cənub-şərqində şəhər, Vilnüsdən 23 km məsafədə, qədim paytaxtdır, son vaxtlarda yalnız rayon mərkəzi kimi tanınır. Unikal coğrafi şəraiti, məşhur tarixi keçmişi, burada yaşayan xalqların xüsusi milli, etnik mədəniyyətinə görə şəhər turistlər, istirahət edənlər və idmançılar üçün cəlbedicidir.

Altı göl (Qalves, Qilujyo, Luko, Nerespinş, Olaukos, Totorişkyu) arasında qurulmuş, adaların ən böyük və ən kiçik kepkaları görünən, belə unikal şəhər və ya kəndlər Litvada daha yoxdur. Göllər təxminən beş yüz yarım hektar sahəni tutur. Şimal-qərbdə şəhərin xətti Akmyana gölünə, şimal-şərqdə — Skaystis gölünə, cənubda – Babrukas gölünə, qərbdə — Plomenay gölünə yaxınlaşır. Şəhərin əsas hissəsi Qalves, Totorişkyu və Luko gölləri arasında qəsr yaxınlığında yerləşir. Köhnə Trakay – Litvada dövlət mühafizəsi altında olan beş köhnə şəhərdən biridir. Şəhərin ərazisində 40 hektarı Ujutrakisin parkları və 4 hektarı – şəhər parkları tutur. Ujutrakisin parkı neoklassisizm tərzində malikanə ilə birgə Qalve və Skaystis gölləri arasında yarımadada yerləşir. Parkı Eduard Andre layihələndirib. Sovet dövründə orada Trakay turistik bazası olub. Artıq o zaman Trakayı qonşu sovet respublikalarından, Polşa, Çexiya və Slovakiyadan olan turistlər ziyarət edirdi. 2008-ci ildə Trakay kurort ərazisi statusuna layiq görülüb. Hazırda Trakay qəsrində kamera musiqisi gecələri keçirilir. Qalves və Totorişkyu göllərini birləşdirən boğazda 1965-ci ildə dəmir-beton körpüsü tikilib. Qalves gölünün iki ən yaxın adası – Piles və Karvinesi taxta piyada körpüsü birləşdirir.

Şəhərin ən iri və ən mühüm diqqətəlayiq yeri indi də qotik Trakay ada qəsri və yarımada qəsrinin qalıqlarıdır, eləcə də 1409-cu ildə Müqəddəs Məryəmin təqdis edilmiş kostyolu və Müq. İoann Nepomukun sovməəsi, XVIII-ci əsr Trakay aşxanalı mehmanxanası, karaimlərin küçəsində olan yaşayış evləridir.

Hazırda Trakayda 5 minə yaxın əhali var, onların 60 faizi – litvalılar, 20 faizi – polyaklar, karaim, tatar, belorus və rusların sayı daha azdır.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]