Litvada basketbol — Litvada ən geniş yayılmış və məşhur idman oyunlarından biridir.
Litvada ilk basketbol təşkilatları 1919-cu ildən yaranmağa başlamışdır.[1]. 1930-cu illərdə Litvalı və Amerikalı basketbol məşqçiləri İkinci Dünya müharibəsinə qədərki 1937-ci və 1939-cu illərdə keçirilən Avropa çempionatında Litvanın kişi basketbol komandasının qalib olmasında mühüm rol oynadılar. Bu qələbələr litvalılar arasında basketbol oyunlarına marağın geniş yayılmasına böyük təsir göstərdi. Həmin dövrdən etibarən litvalılar Avropanın ən güclü basketbolçuları hesab olunurlar[2].
Litva SSRİ-yə birləşdirildikdən sonra Litva oyunçuları basketbol üzrə kişilərdən ibarət SSRİ yığma komandasının əsasını təşkil edirdilər. 1990-cı ildə Litva müstəqillik qazandıqdan sonra ölkədə basketbol üzrə milli komanda yaradıldı və elə birinci, 1992-ci ildə keçirilən yay olimpiya oyunlarında basketbol oyunlarının bürünc mükafatçısı oldular. Sonralar basketbol üzrə Litva milli komandası Olimpiya oyunlarında daha iki bürünc medal, 2010-cu ildə keçirilən basketbol üzrə dünya çempionatında bürünc medal və Avropa basketbol çempionatında beş medal qazandılar.