Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Liverpul"un əsası "Everton"un prezidenti və "Enfild"in sahibi Con Houldinq arasında olan mübahisəsi nəticəsində yaranmışdı. 1891-ci ildə “Everton” İngiltərə çempionu olur. Həmin vaxt Con Holdinq sözügedən komandanın ev oyunlarını keçirdiyi “Enfild Roud” stadionuna sahib çıxır və arenanın icarə haqqını 2 dəfə artırır. “Everton” rəhbərliyi bu məbləği ödəməkdən boyun qaçırır və “Qudison Park”a köçür. Con Holdinq şəxsi klubunu yaratmaq qərarına gəlir. Beləliklə, 1892-ci ildə futbol dünyasında “Liverpul” adlı futbol klubu təşrif buyurur. Holdinq Şotlandiyaya gedərək, oradan 13 peşəkar futbolçunu komandasına gətirir.
"Liverpul" Lankaşır liqasında çıxış etməyə başladı. Artıq 2 il sonra, 1893/94 sezonunda, "Liverpul" 2-ci diviziona qalxaraq, İngiltərənin Futbol Liqasına daxil oldu.
İlk çempionluq titulunu 1900/01 sezonunda qazanan "Liverpul", 5 il sonra, 1905/06 sezonunda, eyni uğuru təkrarlaya bildi. Klubun ilk kubok finalı isə 1914-cü ilə təsadüf edib. İngiltərənin kubokunun finalında "Liverpul" "Bernli"yə 0:1 hesabı ilə məğlub oldu. Buna baxmayaraq 1921/22, 1922/23 sezonlarında "Liverpul" 2 dəfə çempionluq titulunu qazanmışdı. 1922/23 sezonundakı çempionluq 1947-ci ilə kimi "Liverpul"un son nailiyyəti idi. 1947-ci ilə kimi "Liverpul" 1 dənə də olsun kubok qazana bilməmişdi. 1946/47 sezonunda "Liverpul" 5-ci dəfə İngiltərə çempionu oldu. 1950-ci ildə isə "Liverpul" 2-ci dəfə İngiltərə Kubokunun finalında oynadı. 2-ci finalda da "Arsenal"a məğlub oldu - 0:2.