"Qudison Park" (ing. Goodison Park) — İngiltərənin Liverpul şəhərindəki "Walton" səmtində "Everton" futbol klubunun stadionudur.
1892-ci ildə inşa edilən "Qudison Park", dünyanın ən qədim futbol stadionlarında biridir. Bu stadiona İngiltərədə "Möhtəşəm yaşlı qadın" ləqəbi verilmişdir. 1913-ci ildə Kral V. Corc "Qudison Parkı" ziyarət etdi. Bu İngiltərədə bir hökmdarın ilk stadion ziyarətiydi. 40.569 tamaşaçı tutumlu "Qudison Park" stadionu müxtəlif tarixlərdə əhəmiyyətli müsabiqələrə ev sahibliyi etmişdir.