Liviya Krallığı (ərəb. المملكة الليبية al-Mamlaka al-Lībiyya) — 1951-ci il dekabrın 24-də yaradılıb və 1969-cu il sentyabrın 1-də idarəetmə forması monarxiyadan respublikaya keçəndən sonra dağılıb.
Tarixi dövlət | |||||
Liviya Krallığı | |||||
---|---|---|---|---|---|
ərəb. المملكة الليبية | |||||
|
|||||
Himn: Libya, Libya, Libya |
|||||
|
|||||
Paytaxt | Benqazi, Tərabülüs əl-Qərb, Əl-Bayda | ||||
Dilləri | ərəb dili, italyan dili, Bərbər dili | ||||
Rəsmi dilləri | ərəb | ||||
Dövlət dini | İslam | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | |||||
• 1951—1969 | I İdris | ||||
Tarixi | |||||
• 24 dekabr 1951 | Müstəqilliyin əldə edilməsi | ||||
• 1 sentyabr 1969 | Respublika idarəetməsinə keçid | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Krallıq konstitusiyalı monarxiya hakimiyyət quruluşuna sahib idi, onun başında Sənusilər sufi ordenindən olan I İdris dururdu. Əsas hakimiyyətə kral malik idi. Parlament iki palataladan ibarət idi: Senat və Nümayəndələr Palatası. Baş naziri kral təyin edə və istefaya göndərə bilərdi.
1949-cu il noyabrın 21-də BMT-nin Baş Məclisi Liviya 1952-ci il yanvarın 1-dək müstəqillik əldə etməsinə dair qətnamə qəbul etdi. Sonrakı danışıqlar üçün Liviyanı I İdris təmsil edirdi. 24 dekabr 1951-ci ildə Liviya müstəqilliyini elan etdi, və bununla da müstəqilliyini BMT-nin qərarı ilə əldə etmiş ilk ərəb dövləti və ilk müstəqil Afrika dövlətlərindən biri oldu.
1959-cu ildə Liviyada böyük neft yataqları tapıldı və onun sonrakı hasilatından gələn gəlirlər sayəsində Liviya dünyanın ən yoxsul dövlətlərindən ən zəngin birinə çevrildi. Neft ölkənin maliyyə vəziyyətini xeyli dəyişsə də, onun hasilatından gələn gəlirlər hakimiyyətdə olan dar təbəqəyə məxsus idi ki, bu da cəmiyyətdə narazılıq doğururdu.
Əyalət | Paytaxtl | Sahəsi km²[1] |
---|---|---|
Kirenaika | Benqazi | 855,370 |
Fəzzan | Sebha | 551,170 |
Tripolitaniya | Tripoli | 353,000 |