Liviya tarixi

Liviyanın tarixi keşməkeşli olub.

Liviyanın yerli sakinləri daim xaricilərin əsarətində olublar. Əvvəlcə Roma, sonra Ərəb xilafəti, nəhayət Osmanlı imperiyasının əsarətində olan ərazi zamanın müəyyən mərhələsində yunanların da koloniyası olub. Makedoniyalı İsgəndərin Liviyanı işğalından sonra uzun müddət qədim Roma-Yunan sərkərdələri burada hakimlik edirlər. Ərəb istilası zamanında Tripoli və Sirenayka yunan şəhər-dövlətləri dəfələrlə öz ordularını bu əraziyə göndəriblər. 1146-cı ildə Siciliyalı Normanlar Tripolini zəbt etdilər. 1553-cü ildən sonra isə Liviya Osmanlıların hakimiyyətinə keçdi. Sultan Turqut Rəisin dövründə ərazidə islahatlar geniş vüsət aldı. Bundan sonra Liviya bölgələrə ayrıldı və "dayı" adlanan müstəqil bəylər tərəfindən idarə edilməyə başladı. Bu bəylər qonşu həmkarları, həmçinin, ümumi sərhədə malik olan dövlətlərlə mədəni, ticarət, eləcə də siyasi əlaqələr qurdular.

XIX əsr tarixi

[redaktə | mənbəni redaktə et]

XIX əsrdə Liviya bəyləri də Tunis və Əlcəzair kimi Amerika istilaçıları ilə mübarizə aparırdılar. 1835-ci ildə Osmanlı sultanı ərazidəki nüfuzunu bərpa etmək üçün ABŞ ilə mübarizəyə başladı. 1911-ci ildə italiyalıların buranı zəbt etməsinədək bu münaqişə davam etdi. Bundan sonra isə Osmanlı sultanlarının müqavimət istiqaməti dəyişdi. Bu dəfə onlar italiyalıları özlərinə rəqib hesab edirdilər.

İkinci Dünya Müharibəsindən sonra bölgə Fransa və İngiltərə arasında bölündü. 1949-cu ildə BMT-nin qərarı ilə Liviyanın müstəqilliyi tanındı. Bu gün də ölkə öz müstəqilliyini yaşadır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]