Liviya

Liviya (ərəb. ‏ليبيا‎) — Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərdə Sudan, cənubda ÇadNiger, qərbdə ƏlcəzairTunis ilə həmsərhəddir.

Liviya
Liviya Dövləti
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Libya, Libya, Libya"
Himn: 
ليبيا ليبيا ليبيا
"Libya, Libya, Libya"
Tarixi
 • İtaliya işğalının sona çatması 10 fevral 1947
 • BMT himayəsində FransaBöyük Britaniya idarəetməsinin ləğvi 24 dekabr 1951
Rəsmi dilləri
Paytaxt Tərabülüs əl-Qərb
İdarəetmə forması Parlamentli respublika
Liviya Nümayəndələr Palatasının sədri Aqilah Salah İsa
Baş Nazir Fayez Sərrac
Sahəsi Dünyada 17-ci
 • Ümumi 1759541 km²
 • Su sahəsi (%) Cüzi
Əhalisi
 • Əhali 6 480 min nəfər (108-ci)
 • Siyahıyaalma (15.04.2006) 5 673 031 nəf.
 • Sıxlıq 3,6 nəf./km² (218-ci)
 • Ümumi 39.798.423.941 $[2], 45.752.336.036 $[2]
ÜDM (AQP)
 • Ümumi $97,6 milyard dollar  (83-cü)
 • Adambaşına 15 700 dollar  (95-ci)
ÜDM (nominal)
 • Ümumi (2008) $100,07 milyard dollar
 • Adambaşına $16 114 dollar  (43-cü)
İİİ (2013) 0.769
Valyuta Liviya dinarı
İnternet domeni .ly
ISO kodu LY
BOK kodu LBA
Telefon kodu +218
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Liviya

Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi[4] və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi var.[5][6] Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Dövləti adlandırırlar. .[7][8][9] BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir.[10]

Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir.[11] .[12]

6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, FəzzanKirenaikidən ibarətdir.

2009-cu il statistikasına görə Liviya həyat səviyyəsinə görə Afrikada dördüncüdür . Liviya neft ehtiyatına görə dünyada 10-cu, istehsalına görə 17-cidir.[12]

Liviyanın əhalisi – 6,46 milyon nəfərdir (o cümlədən 167 min xaricdən gələn işçilər) (2009). Camaatı daha çox çöl bölgələrində yaşayırlar.

Əhalisi və demoqrafik vəziyyət

[redaktə | mənbəni redaktə et]

1973-cü ildəki 2,2 milyon olan əhali sürətli artım nəticəsində 1998-ci ildə 5,7 milyon nəfərə qədər artdı. 1970-ci illərdə illik əhali artımının templəri 4%-i ötürdü. 2010-cu ilin məlumatına görə ölkədə 6 milyon 461 min nəfər yaşayırdı.

Liviyalılatın orta ömrün uzunluğu 77,47 il (qadınlar – 79,88 il, kişilər – 75,18 il) təşkil edir. Uşaq ölüm faizi burada normal göstərici sayılır. 1000 doğuluşda 20,87 ölüm. Liviyalıların orta yaşı 24 il. Əhalinin böyük əksəriyyəti dar sahilboyu zonada və oazislərdə cəmlənmişdir. İnsanlar tez-tez kənd yerindən şəhərlərə köçürlər, 2008-ci ildən demək olar ki, 78% əhali şəhərdə yaşayır.

Liviya iki böyük şəhərə malikdir – Tərabülüs əl-Qərb (1990-da 1,5 milyon sakin) və Benqazi (800 min sakin). Ölkədə bir sıra kiçik şəhərlərdə mövcuddur: Onların sayına Misurata (360 min insan), Ez-Zaviya (280 min), Sebxa (150 min), Tobruk (75,3 min), El-Beyda (67,1 min) və Adjdabiya (65,3 min) aid etmək olar. Bundan əlavə neft terminallarının yanında yeni şəhərlər yaranmışdır: Es-Sider, Ras-el-Anuf, Marsa-el-Bureyka, Ez-Zuvaytina və Marsa-el-Xariqa.

2006-cı ildə Liviyada 15 yaşda və daha yaşlı adamlar arasında 95,4 % oxumağa və yazmağa bilirdilər:

  • Kişilərdən 96,9 %
  • Qadınlardan 94 %

Sahəsi 1.759.540 km²-ə çatmaqdadır. Sahəsinə görə Afrikanın dördüncü böyük ölkəsidir. Bu geniş torpaqların az qala 95%-i səhra və ya quraq ərazidir . Şimalda Aralıq dənizi və cənubda Ekvator Afrikası arasında bir qum dənizinə bənzəyən Böyük Səhra çölünün , təxminən 1300 km uzunluğundakı böyük bir hissəsi, Liviya torpaqlarının payına düşür.

Liviyanın, TunisMisir arasında olan Aralıq dənizi sahillərinin uzunluğu, təxminən 1912 km-dir. Sahildən etibarən getdikcə yüksələn Liviya torpaqları, ümumiyyətlə yüksək yayla görünüşündə olub, başlıca üç böyük bölgəyə ayrılar; Bunlar Fizan, Trablus və Sirenaik bölgələridir. Aralıq dənizinə bir qövs şəklində girmiş olan Sirenaik bölgəsi, düz girintisiz çıxıntısız olan sahillərdən etibarən yüksəlməyə başlar. Sahilə paralel uzanan Yaşıl Dağı (Cebel-ül-Ahdar) buradakı mövcud yaylanın ən yüksək yeri olub, təxminən 880 m yüksəkliyindədir. Şimal-şərqdəki bu yüksək yayla, güneyde Liviya Səhrasına doğru alçalmağa başlayır.

Sidra Körfəzinin qərbində yer alan və ortalama 650 m yüksəkliyində olan Trablus bölgəsi, irili xırdalı vahələrə sahib olub, məhsuldar torpaqlarla örtülüdür. Bu bölgənin ən yüksək yeri olan Nefusa Dağı, bölgəni şimal küləklərindən müdafiə edir.

Liviya torpaqlarının böyük bir hissəsini meydana gətirən və Şimal Afrikanı az qala örtmüş olan Böyük Səhra çölü kimsəsizdir. Səhra çölündə iqlim də çox fərqlilik göstərir. Bəzi yerlərinə on il boyunca heç yağışlar yağmır.

border=none Əsas məqalə: Liviya tarixi

Liviya vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Liviyanın şimal-qərb hissəsində dövlətin paytaxtı yerləşir Tərabülüs əl-Qərb şəhəri körfəzin Aralıq dənizi sahilboyu sahəsini tutur. Tripoli az qala özündə Romanın, Misirin, Yunanıstanın, Bizansın, KarfageninFinikiyanın mədəniyyətlərinin təsirini sınaqdan keçirmiş dünyanın ən qədim şəhəridir

Şəhərin əsası finikiyalılara aid edilir – I yüzillikdə Yunanlar bu əraziyə indiki Tripoli adını veriblər. Tripolinin bütün Aralıq Dənizinin böyük mədəni və iqtisadi mərkəzi sayılır. Bizanslar burada V- əsrdə hökmranlıq ediblər. — VI yüzillikdə isə burada Ərəb Xilafəti hakimiyyətdə olmuşdur. Tripoli Orta əsrlərlədə isə İspaniyaya aid idi, lakin Osmanlı İmperiyası şəhəri 16-cı əsrdə geri aldı . Tripoli türklərdə iyirminci əsrə qədər qaldı.

İtaliya, Osmanlı ilə müharibənin lap əvvəlində, (1911-1912-ci il.) şəhəri İtalyan qoşunları işğal etdi. İngilislərin qoşunları isə 1943-cü ildə şəhərə girdi, 8 il sonra Liviya paytaxtı Tripoli ilə birlikdə müstəqil dövlət oldu.

Paytaxtın cənubu ictimai və işgüzar binalardan ibarət olan Yeni şəhərdir Tripoliyə məşhurluğu burada yerləşən bazarlar gətirdi , hansılar ki, neçə əsrdən heç vaxt dəyişmirlər . Tacirlər qonaqlara ənənəvi geyimləri ədviyyatları və Şərqin şirniyyatlarını almağı təklif edirlər, bahalı parçalar, misdən və tuncdan məmulatlar, ərəb ətiri bazarlarda üstünlük təşkil edir . Burdaca qızıl sıraları var, ən ucuz və ən gözəl zərgər məmulatlarıda tripoli bazarlarındadır.

Flora və Fauna

[redaktə | mənbəni redaktə et]
Saxara
Nar
Limon
Portağal
Naringi
Evkalipt
Kaktus
Çiçək
Xurma
  1. 1 // Constitution of Libya.
  2. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  3. http://chartsbin.com/view/edr.
  4. Rolla Scolari. "Council says it's Libya's sole representative". The National. 6 Mar 2011. 2011-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-07.
  5. Geographical Names, "Great Socialist People’s Libyan Arab Jamahiriya: Libya" Arxivləşdirilib 2022-09-13 at the Wayback Machine, Geographic.org. Retrieved February 27, 2011
  6. Geographical Names, "اَلْجَمَاهِيرِيَّة اَلْعَرَبِيَّة اَللِّيبِيَّة اَلشَّعْبِيَّة اَلإِشْتِرَاكِيَّة: Libya" Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine, Geographic.org. Retrieved February 27, 2011
  7. "Arxivlənmiş surət". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
  8. "The Libyan Republic – The Interim Transitional National Council". Ntclibya.org. 2011-03-05. 2011-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-10.
  9. "Libyan rebels vow fight, even without no-fly zone". Reuters. 10 Mar 2011. 13 March 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 March 2011.
  10. "United Nations Member States". Un.org. 2019-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-20.. http://www.libyanmission-un.org/ Arxivləşdirilib 2011-08-26 at the Wayback Machine (as of 24 August 2011).
  11. U.N. Demographic Yearbook, (2003), "Demographic Yearbook (3) Pop., Rate of Pop. Increase, Surface Area & Density" Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine, United Nations Statistics Division. Retrieved July 15, 2006.
  12. 1 2 Annual Statistical Bulletin, (2004), "World proven crude oil reserves by country, 1980–2004" Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine, O.P.E.C.. Retrieved July 20, 2006.