Livno


Livno, Liyevno (serb-xorv. Ливно/Livno, Лијевно/Lijevno; köhnə adı Hlivno idi) — Bosniya və Herseqovinada şəhər və eyniadlı icmanın mərkəzi; Bosniya və Herseqovina Federasiyasının Kanton 10-nun inzibati mərkəzi.

Livno
Bayraq Gerb
Bayraq Gerb
43°49′37″ şm. e. 17°00′29″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 892
Mərkəzin hündürlüyü 724 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.045 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi 80101
Digər
livno.ba
Xəritəni göstər/gizlə
Livno xəritədə
Livno
Livno
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 10 080 nəfərdir (1991). Mostardan 127 km, Sarayevodan 212 km, Banya Lukadan 167 km və Splitdən 96 km məsafədədir.

Livno ilk dəfə 28 sentyabr 892-ci il tarixli Xorvatiya knyazı Muntsimirə məxsus sənəddə qeyd edilmişdir. Daha sonra, 949-cu ildə, Konstantin Baqryanorodnının "De administrando imperio" traktatında adı çəkilmışdır.

1326-cı ildən Livno Bosniya krallığının tərkibində idi ki, onu da 1463-cü ildə osmanlı türkləri fəth etmişdilər. 400 ildən çox davam edən Osmanlı hakimiyyəti dövründə şəhərdə bir çox şərq memarlığı abidələri inşa edildi.

1878-ci ildə Berlin konqresinin qərarı ilə Livno, bütün Bosniya və Herseqovina kimi, Avstriya-Macarıstan tərəfindən işğal edildi. 1918-ci ildə imperiyanın süqutundan sonra şəhər Serblər, Xorvatlar və Slovenlər Krallığının bir hissəsi oldu, hansı ki 1929-cu ildə Yuqoslaviya Krallığı adlandırıldı və 9 banovinə bölündü. Livno Primorska banovinasına daxil edildi, hansı ki 1939-cu ildə Svetkoviç-Maçek sazişi nəticəsində yeni yaradılan Xorvatiya banovinasının bir hissəsi oldu. 1941-ci ildə Yuqoslaviyanın işğalından sonra şəhər 1945-ci ilə qədər mövcud olan Xorvatiya Müstəqil Dövləti oyuncaq hökumətinin bir hissəsi oldu. Müharibədən sonra Livno yenidən Yuqoslaviyanın bir hissəsi oldu və dağılandan sonra Bosniya və Herseqovinanın tərkibinə daxil oldu.

1971-1991-ci illərdə Livno icmasının əhalisi:

Siyahıyaalma ili Ümumi Serblər Bosniyalılar Xorvatlar Yuqoslavlar Digərləri
1991 40 600 3 913 (9,63 %) 5 793 (14,26 %) 29 324 (72,22 %) 1 125 (2,77 %) 445 (1,09 %)
1981 40 438 3 898 (9,63 %) 4 418 (10,92 %) 28 918 (71,51 %) 2 657 (6,57 %) 547 (1,35 %)
1971 42 118 4 791 (11,37 %) 5 087 (12,07 %) 31 657 (75,16 %) 434 (1,03 %) 149 (0,35 %)

2007-ci il hesablamalarına görə icmanın əhalisi 32 354 nəfər idi.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]