Lombok boğazı

Lombok boğazı (ind. Lombok Selat) - Lombok boğazı Malay arxipelaqına aid olan İndoneziyaya məxsus Bali, Nusa Penida və Lombok adalarını ayırır.

Lombok boğazı
ind. Lombok Selat
Ümumi məlumatlar
Eni 18 km
Uzunluğu
  • 60 km
Ən böyük dərinliyi 1400 m
Yerləşməsi
8°46′ c. e. 119°44′ ş. u.HGYO
Ölkə  İndoneziya
Akvatoriyası
Ayırır Lombok adasını Bali adasından
Lombok boğazı xəritədə
Lombok boğazı
Lombok boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sakit okeanına aid olan Bali dənizini (şimaldan) Hind okeanı (qərbdən) ilə birləşdirir. Boğazın cənub-qərbində Bali və Nusa Penida adaları arasında Badunq boğazına çevrilir. Ən dar yeri 18 km təşkil edir. Nusa Penida adası qərbdə, Lombok adası isə şərqdə yerləşir. Ən dərin yeri 1400 m təşkil edir ki, o da boğazın şimalında yerləşir. Ən dayaz yeri isə 250 m-dən aşağıdır. Boğaz İndoneziyanın iki vilayəti olan Bali və Qərbi Kiçik Zond adaları arasında sərhəd təşkil edir. Sahilində Bali adasında Manqqis və Kubu, Lombok adasında Matarom və Lembar şəhərləri yerləşir. Burada xırda adalar vardır. Lombok adasının qurtaracağında Qili arxipelaqı yerləşir.

Lombok boğazı Volles xəttində yerləşir və Asiya və Avstraliya arasında yerləşir. Sualtı relyef çox mürəkkəbdir. Əsasən dərinlik birdən yüksəlir və sualtı pillə əmələ gətirir. Suyun temperaturu 27-28 °C təşkil edir. Sakit okeanına aid olan hissədə suyun duzluğu nisbətən zəifdir. Hind okeanına aid hissədə isə 33-34 ‰ təşkil edir. Burya tökülən çaylar boğazın suyuna elə də təsir göstərmir. Boğazın sahilində Bali, Lombok və Nusa Penida adalarında çimərliklər vardır.

Nəqliyyat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Boğaz özünün rahatlığı, təhlükəsizliyi və istənilən növ gəmilərin maneəsiz keçidi üçün əlverişli olmağı ilə seçilir. Boğaz Sakit və Hind okeanları arasında ən əlverişli boğazdır. Lembara və Podanq Bem limanları arasında istər sərnişin, istərsə də yükdaşımada adalararası böyük əhəmiyyətə malikdir.