London Azərbaycan Evi

London Azərbaycan Evi (ing. London Azerbaijan House) — Böyük Britaniyada mədəniyyət və dostluq mərkəzi.

Londondakı Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulmuşdur. Mərkəz tamamilə qeyri siyasi və maddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət göstərir və məqsədi Azərbaycanla Britaniya arasında mədəni və dostluq bağlarını möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir.

Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəsmi açılış mərasimi 2008-ci il, 14 noyabr tarixində London Hackney Bələdiyyəsi Spikeri Ian Rathbone, Azərbaycanın Britaniyadakı səfiri cənab Fəxrəddin Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Fraserin də iştirakı ilə həyata keçirilmişdir.

Qurulduğu gündən bəri Azərbaycan Evində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. həyata keçirilmişdir. Azərbaycan Evi mədəniyyətimizin təbliği istiqamətində bütün institut və qruplarla əməkdaşlıq etməyə hazırdır.

İdarə heyətinin üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Dr Ali Tekin Atalar (sədr)
  • Dr Fərəməz Yazıçı
  • Dr Tamara Dragadze
  • Vüsal Həmzəyev
  • Hicran Seyidova
  • Aladdin Apaydın
  • Simuzər Baloğlanova

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]