Lonicera henryi

Lonicera acuminata (lat. Lonicera acuminata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Lonicera acuminata
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii şəraitdə Çinin qərb hissəsində və Şərqi Tibetdə yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 10 m-dək olan, yarım yarpağıtökülən lianadır. Zoğu sürünən oduncaqlıdır. Parlaq yaşıl, oval və ürəkvarı, yumurtavarı-uzunsovdur, yarpaqların uzunluğu 5-10 sm, eni isə 1-1,2 sm-dir, tükcüksüzdür. Çiçək tacının uzunluğu təxminən 2,5 sm-dir. Çiçəkləri qırmızı və ya sarı, borucuqludur. Cüt çiçəkləri 2 dodaqlı, sarımtıl-qırmızıdan al-qırmızıyadək olub, çılpaq və ya tükcüklü qısa çiçək saplaqlarında oturur. Çiçək tacının ölçüsü 2 sm-dir. Yumurtalığı sərbəst, üçyuvalıdır. Meyvələri qara-alqırmızı giləmeyvədir. Toxumları qara, ellipsvarı, uzunluğu 3 mm, eni 1,8-2 mm-dir.

Şaxtayadavamlıdır. Münbit torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə rast gəlinir.

Lonicera acuminata və onun formaları şaquli yaşıllaşdırmada liana kimi geniş miqyasda becərilməsi məsləhətdir.