Loqoy krateri

Loqoy krateri (həmçinin: Loqay astroblemi) — Belarus Respublikasının Minsk vilayətində, Loqoy rayonunun Malinovka kəndi yaxınlığında yerləşən krater. 42,3 ± 1,1 milyon il əvvəl, radisu təxminən 650 metr olan bir asteroidin düşməsi nəticəsində formalaşmışdır. Asteroidin həcmi 1,150 milyard m³, çəkisi isə 9,2 trillion ton olmuşdur. Asteroidin ehtimal olunan sürrəti 18 km/saniyə olmuşdur. Toqquşma zamanı ayrılan enerjinin miqdarı 1,49 Zetta Colu və ya 365 trotil ekvivalentinə bərəabər idi. Bu təxminən Hirosimaya atılan 25 milyon bombaya bərəabərdir. Krater mərkəzinin kordinatları: 54°12′ şm. e. 27°48′ ş. u.HGYO -dur. Formalaşan zaman kraterin diametri 15–17 km olmuşdur. Dərinlik isə 1000 metr olmuşdur. Hal hazırda krater tamamilə buzlaq məhsullarının və dördüncü dövr çöküntüləri altında qalmışdır. Ümumi çöküntü qatının qalınlığı 800–200 metrdir. Kraterin yuxarı kənarı buzlaq tərəfindən parçalanmış və nəticədə kraterin diametri 9 km-dən böyük deyil. Krater ilk dəfə 1973-cü ildə, Loqoy rayonu ərazisində qazma işləri aparılan zamanı kəşf edilmişdir. 1979–1984-cü illərdə krater ərazisində böyük geoloji araşdırmalar aparılmışdır. Ərazidə 30 qazma quyusu qazılmış və onların dərinlikləri 300–500 arasında dəyişir. Ən dərin quyu isə 1254 metr dərinliyindıədir.

Loqoy krateri
Лагойская астраблема
Ümumi məlumatlar
Növü Zərbə
Kraterin diametri 15–17 km
Yaşı 42 milyon
Yerləşməsi
54°12′ şm. e. 27°48′ ş. u.HGYO
Ölkə  Belarus
Loqoy krateri xəritədə
Loqoy krateri
Loqoy krateri

Maraqlı məlumat

[redaktə | mənbəni redaktə et]

Krater ərazisində geoloqların müntəzəm axtarışları zamanı bir çox ehtimallar ortaya çıxırdı. Bunlardan biri də kraterdə qiymətli daş formasında almaz və ya tezavrativ ölçüdə — 0,03 karatdan çox ölçülərdə rast gəlinə bilər. Düşünülür ki, zərbə zamanı yaranan yüksək temperatur və təziq almazın yaranmasına səbəb ola bilər. Ancaq bütün bu ehtimallar hələlik özünü doğrultmayıb.

  • Глазовская Л.И., Громов Е.И., Парфенова О. В., Илькевич Г.И. Логойская астроблема / Маракушев А.А. — М.: Наука, 1991. — С. 141, с илл.
  • т. 1, Земля и недра // Природа Беларуси: энциклопедия, в 3 т. / Веретенников Н. В. — Мн.: Беларус. Энцыкл. імя П. Броўкі, 2009. — С. 424., стр. 226

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Логойский метеорит". 2019-04-15 tarixində arxivləşdirilib.