Lorenzo di Bonaventura (1957[1], Nyu-York, Nyu-York ştatı) — italyan mənşəli amerikalı kinorejissor və kino prodüseridir. 1990-cı illərdə Warner Bros. üçün işləmişdir. Harvard Universitetini bitirib.
Lorenzo di Bonaventura | |
---|---|
Doğum tarixi | 1957[1] |
Doğum yeri | |
Fəaliyyəti | film prodüseri |
Təhsili | |
IMDb | ID0225146 |
Vikianbarda əlaqəli mediafayllar |
1990-cı illərdə o, Warner Bros. şirkətinin icraçı prodüseri idi. Onun şəxsi şirkəti olan Di Bonaventura Pictures Paramount Pictures ilə birgə təsis edilmişdir. Warner Bros.da işlədiyi müddətdə Matriksi kəşf etmiş və J. K. Rowlingin kitabları əsasında çəkilmiş, eyni zamanda istehsalına rəhbərlik etdiyi Harry Potter franşizasının film hüquqlarını almışdır.
O, yazıçı Maykl Skottun "Ölümsüz Nikolas Flamelin sirləri" adlı altı hissəli fantastik romanlarının film hüquqlarını əldə etməyi hədəfləmişdir. Di Bonaventura "Skottun fantaziya seriyası Harri Potterdən sonrakı təbii təkamüldür" demişdir.
Simfonik orkestr dirijoru olan atası Mario di Bonaventura onu Harvard Universitetinə göndərmişdir. Daha sonralar isə o, Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində MBA dərəcəsi üzrə təhsil almışdır.