Lorinq Hərbi Hava Qüvvələri Bazası— Arustuk qraflığında Laymstoun və Karibu yaxınlığında Men ştatının şimal-şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tikilidir. Fəaliyyəti dövründə ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Aviasiya Komandanlığının ən böyük bazalarından biri olub. Bu baza 1992-ci ildə yeni yaradılmış Hava Döyüş Komandanlığına köçürülüb.
Lorinq Hərbi Hava Qüvvələri Bazası | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Limestone Air Force Base | |||||||||
Laymstoun və Kasvell-in yaxınlığında (ABŞ) | |||||||||
Tipi | Hava qüvvələri bazası | ||||||||
Sahəsi | 36.4 km² | ||||||||
Yer haqqında informasiya | |||||||||
Sahib | ABŞ Hərbi Hava Qüvvələri | ||||||||
Operator | 42-ci Hava bazası cinahı | ||||||||
Nəzarət olunur | ABŞ Hərbi Hava Qüvvələri tərəfindən | ||||||||
İctimaiətə açılıb | Bəli | ||||||||
Stansiyalar | Karibu Hərbi Hava Qüvvələri Stansiyası (Şərqi Lorinq), Kasvell Hərbi Hava Qüvvələri Stansiyası | ||||||||
Tikinti yerinin tarixi | |||||||||
Tikilib | 1947-53 | ||||||||
İnşaatçı | ABŞ-nin Ordu Mühəndislər Korpusu | ||||||||
İstifadə illəri | 1950–1994 | ||||||||
Qəza vəziyyəti | Əsasən toxunulmaz, qismən sökülməsi | ||||||||
Hadisələr | Soyuq müharibə | ||||||||
Qarnizon informasiyası | |||||||||
Hazırkı kamandir | Robert Pavelko | ||||||||
Qarnizon | 42-ci Hava Bazası cinahı | ||||||||
İcarəçilər | 69-cu bomba eskadronu, 70-ci uçuş eskadra təlimi, 75-ci bombardman eskadrası, 42-ci hava yanacaqdoldurma eskadrası, 407-ci hava yanacaqdoldurma eskadrası, 2192-ci rabitə eskadronu, 101-ci kəşfiyyat eskadronu | ||||||||
Aerodrom informasiyası | |||||||||
İdentifikatorlar | IATA: KLIZ, ICAO: LIZ | ||||||||
Yüksəklik | 227 m DSOH | ||||||||
| |||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Bazanın yaradılması ABŞ-nin Ordu Mühəndislər Korpusunun Yeni İngiltərə bölməsi tərəfindən aerodromun tikilməsi üçün verilmiş tapşırığa əsasən 1947-ci ildə başladı. Baza ilkin olaraq, Laymstoun Hərbi Hava Meydanı (ing. Limestone Army Air Field) adlandırıldı və 1947-ci ildə Hərbi Hava Qüvvələrinin yaradılmasının ardınca Laymstoun Hərbi Hava Qüvvələri Bazası (ing. Limestone Air Force Base) olaraq, yenidən adlandırıldı. 1954-cü ildə baza Koreya müharibəsi zamanı Fəxri Medal ilə təltif edilən mayor Çarlz Cozef Lorinqin şərəfinə adlandırılıb.[1]
1991-ci ildə Baza Yenidən Qurma və Bağlama Komissiyası (ing. Base Realignment and Closure Commission ) Lorinq bazasının bağlanmasını və bazanın aviasiyası və missiyasının ölkədəki digər bazalarla bölüşdürülməsini məsləhət görüb. Qırx illik fəaliyyətdən sonra baza 1994-cü ilin sentyabrında bağlanıb.[2] Baza Lorinq Ticarət Mərkəzi (ing. Loring Commerce Centre) kimi Lorinq İnkişaf Orqanı (ing. Loring Development Authority) tərəfindən yenidən tikilib. Aerodrom isə Loring Beynəlxalq Aeroportu (ing. Loring International Airport) kimi fəaliyyət göstərir.