Louis Raphael I Sako

Louis Raphael I Sako (Siryak dilində: ܠܘܝܣ ܪܘܦܐܝܠ ܩܕܡܝܐ ܣܟܘ; d. 4 iyul 1948) — 1 fevral 2013-cü il seçki ilindən etibarən Babil Xaldey Katolik Patriarxı və Xaldey Katolik Kilsəsinin başçısı vəzifəsini tutur. 2014-cü ilin sentyabr ayında Avropa Parlamentinin (AP) üzvü Anna Zaborska və digər 66 nəfər AP üzvü tərəfindən Saxarov mükafatına namizədliyi irəli sürülüb.[1]

Tərcümeyi hal

[redaktə | mənbəni redaktə et]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Yepiskop vəzifəsinə təyin olunmazdan öncə İraq hökuməti ona dini tədris etməyə imkan vermədiyi üçün Sako prezident Səddam Hüseyni görməyi tələb etmişdi. Səddam onun xahişini rədd etdi, lakin dini xadim doktorantura işinə başlamaqla cavab verdi və hökumət ona dini tədris etmək üçün xüsusi lisenziya verdi.

Roma Papası XVI Benedikt 1 fevral 2013-cü il tarixində şərq katolik kilsələri rəhbərlərinin birlilik əlaməti olaraq dəyərləndirdikləri "ecclesiastica communio" (ruhani birlik)[2] ilə Sakonu təltif etdi. Patriarx Luis Rafael I Sako alman, siriak, fransız, ingilis, italyan və ərəb dillərini bilir.

Sako Mosul şəhərinin Xaldey Arxiyeparxiyasının keşişi vəzifəsinə 1 iyun 1974-cü ildə təyin edilib. 2003-cü il seçkiləri və sonrakı təsdiqindən sonra Sako 27 sentyabr 2003-cü ildə Kərkükün Xaldey Katolik Arxiyeparxı təyin edilmişdir. O 24 oktyabr 2002-ci il tarixində Xaldey Katolik Kilsəsinin məclisi tərəfindən bu vəzifəyə seçildi.[3]

2008-ci ildə "Defensor Fidei" və 2010-cu ildə "Beynəlxalq Paks Kristi" mükafatlarına layiq görüldü.

2009-cu ilin avqust ayında, Ramazan ayının əvvəlində, Luis Sako Kərkükün digər dini liderləri ilə yanaşı milli sülh, barışıq və şiddətə son qoymağa çağıran bir müraciət etdi. Arxiyeparx Sako bu addımını "müsəlman qardaşlarımıza yaxınlıq jesti" olaraq izah etdi. "Hamımız qardaş, eyni Allahın oğulları olaraq bir birimizə hörmət etməli və insanların və ölkəmizin yaxşılığı naminə əməkdaşlıq etməliyik. İraqa barışıq və dialoq lazımdır". İştirakçılar arasında Əli Sistani və Müqtəda Əl-Sədrin nümayəndələri də daxil idilər.[4] Sako əsrlərin ənənəsi olan "şaş" adlanan xaldey baş örtüyünü geyməyə qarşı çıxmağa hazır olduğunu da bildirdi.[5]

Patriarx olaraq

[redaktə | mənbəni redaktə et]

28 yanvar 2013-cü ildə Romada çağırılmış Xaldey Katolik Kilsəsinin məclisi o zaman Babil Patriarxı olan Emmanuel III Dellinin yaşının çox olması səbəbindən istefasından sonra Sakonu Babil Patriarxı vəzifəsinə seçirlər. Sako I Luis Rafael adı altında tanınmağı seçdi. 2014-cü ilin iyulunda Sako sünni islamçılarının xristianlardan İslamı qəbul edib və onların radikal qaydalarına tabe olmaq əks halda isə vergi ödəmək və ya ölümlə qarşılaşmaq tələbini kəskin şəkildə qınadı. Vatikanda olarkən Roma Papası Fransis qınayaraq baş verənlərin xristianlara qarşı təqib olduğunu söylədi. Buna dəstək olaraq BMT-nin Baş katibi Ban Ki-Mun İslam Dövlətinin əməllərini bəşəriyyətə qarşı cinayət olduğunu bildirdi. Yüzlərlə xristian ailələri Mosul şəhərini şənbə günü ultimatumundan öncə tərk etdi. Onların əksəriyyəti təhlükəsizlik naminə mülkiyyətindən məhrum oldu. Onlar bir zamanlar on minlərlə sayı olan və xristianlığın ilk illərində yaranmağa başlayan bir icmanın qalıqlarından ibarət idilər.[6]

2014-cü ilin sentyabrında Sako Beyrutun hava limanında jurnalistlərə "ABŞ-nin baş verənlərə görə dolayı məsuliyyət daşıdığını" bildirdi. O qeyd etdi ki, "ABŞ demokratiyanı və insanların rifahını təmin edəcəyini bəyan etmişdi, lakin 10 il keçdi və əksinə biz geriyə doğru addımlamışıq."

O yerli gündəlik Ad-Diyar qəzetinin suallarını cavablandırma zamanı ABŞ-ni İŞİD-ə dəstəkdə ittiham etdi. Sako müsəlman ölkələrini də dəstək olmaması üçün tənqid etmişdi. "Müsəlman qonşularımız bizə kömək etmədi," Sako dedi və müsəlman dini xadimlərini bütün günahsız insanların öldürülməsinə qarşı ciddi addımlar atmağa çağırdı. Sako bildirdi ki, "müsəlmanların digər müsəlmanların öldürülməsinə qarşı fətvaların verilməsi kifayət deyil." [1]

  1. "Nominees for Sakharov Prize 2014 announced". European Parliament / News. September 19, 2013. December 28, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2014.
  2. "Abp. Louis Sako elected Patriarch of the Chaledean Church". News.va. February 1, 2013. February 5, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
  3. David M. Cheney. "Archbishop Louis Sako page". Catholic-Hierarchy.org. 2018-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-28.
  4. Gheddo, Piero. "In Kirkuk Christian and Muslim leaders for dialogue and reconciliation". Asianews.it. 2013-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-28.
  5. "Il patriarca che rinuncia al "Shash" - Vatican Insider". Vaticaninsider.lastampa.it. 2013-02-04. 2013-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-28.
  6. "Arxivlənmiş surət". 2014-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-18.