XVI Benedikt (latınca. Benedictus PP. XVI, italyanca. Benedetto XVI, əsl adı Yozef Alois Ratzinger; 16 aprel 1927[1][2][…], Marktl[d], Bavariya, Veymar Respublikası[6] – 31 dekabr 2022[3][4], Vatikan[6]) — 265-ci Roma Papası, Roma-Katolik kilsəsi'nin yepiskopu. (19 aprel 2005 - 28 fevral 2013)
XVI Benedikt | |
---|---|
lat. Benedictus PP. XVI | |
265-ci Roma Papası | |
Əvvəlki | II İohan Pavel |
Sonrakı | Fransisk |
Şəxsi məlumatlar | |
Doğum adı | Joseph Aloisius Ratzinger |
Doğum tarixi | 16 aprel 1927[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 dekabr 2022[3][4] (95 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | ilahiyyatçı, pianoçu, universitet müəllimi[d], filosof, Papa, Arxiyepiskop |
Dini | Roma-Katolik kilsəsi[7], katolisizm[7] |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
vatican.va/content/bened… | |
Vikianbarda əlaqəli mediafayllar |
2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilmiş, mayın 7-də Müqəddəs Lateranlı İoann bazilikasının sahibi edilmişdir. 1055–1057-ci illərdə Roma Katolik Kilsəsinə başçılıq etmiş II Viktordan sonra ilk alman pontifikdir. Eyni zamanda XVI Benedikt həm Vatikan, həm də Almaniya vətəndaşıdır. Münhen və Freyzinq arxiyepiskopu və kardinalı olmuşdur. Seçkilər zamanı o, İnam Doktrinası Konqreqasiyasının prefekti olmuşdu.
Papa 16. Benedikt 11 fevral 2013-cü il tarixində gözlənilmədən istefa etmişdir. Səbəb kimi qocaldığına görə yorulduğunu və işləyə bilməyəcəyini bildirmişdir. Bu xəbər bütün xristian aləmində ajetaja səbəb olmuşdur.