Luşan və ya Mount Lu (çin. 廬山) — qədim zamanlarda Kuanglu (匡庐) adı ilə bilinən, Çinin cənub-şərqindəki Szyansi əyalətinin şimal hissəsindəki ən məşhur dağlardan biridir. Oval formalı dağlar təxminən 25 km uzunluğunda və 10 km genişliyindədir. Şimalda Şanxay şəhəri və Yanszı çayı, cənubda Nançanq şəhəri və Poyanq gölü ilə əhatə olunmuşdur. Dağın ən yüksək nöqtəsi Dahanyang təpəsidir (大 汉阳 峰) və dəniz səviyyəsindən 1474 metr yüksəklikdədir. Mount Lu dağı möhtəşəmliyi, dikliyi və gözəlliyi ilə seçilir və Lushan Milli Parkı 1996-cı ildən bəri YUNESKO-nun Dünya İrsinə daxil edilmişdir[1] və xüsusilə yay aylarında hava soyuduğunda bu yer turistləri özünə cəzb edir. Lushan Çindəki Qərb missionerləri üçün yay kurortu idi. Perl Bakın atası Avessalom Sidenstriker dağda daşınmaz əmlak alan ilk beş missionerdən bir idi.[2]
Luşan dağı | |
---|---|
çin. 廬山, ing. Mount Lu | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1474 m |
Yerləşməsi | |
29°34′21″ şm. e. 115°58′24″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Vilayət |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1935-ci ilin əvvəllərində mart ayında kommunist və respublikaçı qüvvələr arasında bu bölgədə bir döyüş baş verdi, bundan sonra Çin Kommunist Partiyasının baş katibi olan Hu Yaoban ağır yaralandı. Luşan dağı vaxtilə Çin Respublikasının xiadu ("yay paytaxtı") adını almışdı. O vaxt Çinin lideri olan Çan Kayşi yay aylarını tez-tez burada keçirərdi. 1937-ci ilin iyun ayında Kommunist Partiyasının o vaxtkı lideri olan Zhou Enlay Yaponiyanın istilasına qarşı vahid cəbhəni müzakirə etmək üçün Çan Kayşi ilə bu dağda görüşmüşdü. 1937-ci ilin iyulunda Çan Kayşi Luşan dağından Yaponiyaya qarşı müharibə üçün səfərbərlik elan etdi. 1946-cı ildə müharibədən sonra ABŞ-nin xüsusi diplomatik nümayəndəliyinə başçılıq edən general George C.Marşallın İkinci Dünya Müharibəsindən sonrakı Çinin rolunu müzakirə etmək üçün Çan Kayşi ilə görüşdü.[3]
Mao Çzedon 1959, 1961 və 1970-ci illərdə Lupan dağında yüksək səviyyəli partiya rəsmiləri ilə üç böyük konfrans keçirdi. 1959-cu ildə keçirilən konfrans Luşan konfransı kimi tanındı. 1970-ci il Lushan Konfransı Mədəni İnqilab dövründə baş verdi və Ç.Maonın tərəfkeşləri və onun seçilmiş varisi Lin Biaoya sadiq olanlar arasında antagonizmin gücləndiyi qeyd olunur.[3]