Lubanq adası (filip. Lubang)- Cənubi-Çin dənizində Filippin adalarına məxsus ada.
Lubanq adası | |
---|---|
filip. Lubang | |
Ümumi məlumatlar | |
Sahəsi | 185 km² |
Uzunluğu |
|
Eni | 8,5 km |
Hündür nöqtəsi | 417 m |
Əhalisi | 28.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
13°47′00″ şm. e. 120°12′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Region |
|
Akvatoriya | |
|
Bu ada Mindora adasından 20 km şimal-qərbdə, Filippinin paytaxtı Manila şəhərindən isə 115 km cənub-qərbdə yerləşir. Mənşəyinə görə vulkanik olub, sıx meşəliklərlə örtülüdür. Onun yaxınlığında yerləşən üç ada ilə Ambil (2010-cü ildə 1882 nəfər), Kabra (2010-cu ildə 2839 nəfər), Qolo ilə həmçinin sahilboyu riflərlə birlikdə Lubanq adaları qrupunu yaradır. Adanın uzunluğu-30 km, eni isə- 8,5 km-dir. Adanın ər iri şəhəri də Lubanq adlanır, onun şimal-qərbindədir. Ən hündür nöqtəsi isə dəniz səviyyəsindən 417 m hündürlükdə olan Maunt-Qoatinq dağıdır. 2010-cu ilin statistik məlumatlarına görə adada 28 000 adam yaşayır. Sahəsi isə 185 km²-dir.
Bu adada ilk insanlar 30 000 il əvvəl məskunlaşmışlar. Onun yerli əhalisi visaya xalqlarıdır. Belə ki, 1974-ci ildə II dünya müharibəsindən qaçaraq cəngəlliklərdə gizlənmiş yapon gizli kəşfiyyatçısı Onoda Xiro tapılmışdır. Belə ki, o düşünmüşdür ki, müharibə hələ bitməyib.