Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur.
Ludmila Quzun | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 iyun 1961 |
Vəfat tarixi | 16 aprel 2021 (59 yaşında) |
Vəfat səbəbi | COVID-19 |
Fəaliyyəti | siyasətçi |
Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi.
Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış,[1] 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.[2]