Lui-Ogüst Silbaris (fr. Louis-Auguste Cyparis) və ya Lyudger Silbaris (fr. Ludger Sylbaris; 1 iyun 1874[1], Martinika – 1929[2], Panama) — 8 may 1902-ci ildə Montan-Pele vulkanının püskürməsi zamanı Karib dənizinin Martinika adasında yerləşən Sen-Pyer şəhərindən sağ qalanlardan biri olan afrokarib kişi. "Vest-İndiyanın Parisi" kimi tanınan Sen-Pyer şəhəri yerlə-yeksan edən və 30 minə yaxın insanın həyatına son qoyan piroklastik axının birbaşa yolunda idi.[3]
Lui-Ogüst Silbaris | |
---|---|
fr. Louis-Auguste Cyparis | |
Doğum tarixi | 1 iyun 1874[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1929[2] |
Vəfat yeri | |
Fəaliyyəti | fermer |
Vikianbarda əlaqəli mediafayllar |
Silbaris daha sonra "Ringling Bros. and Barnum & Bailey Circus" ilə səyahət etmiş, XX əsrin əvvəllərində məşhur olmuşdur.
Lui-Ogüst Silbaris 1 iyun 1874-cü ildə[4] Martinikanın Sen-Pyerdən təxminən 9 kilometr şimalda, Le-Preşer balıqçı kəndi yaxınlığında, "La-Donno mənzili" plantasiyasında anadan olmuşdur. O, paytaxt Sen-Pyer şəhərində, Montan-Pele vulkanının kölgəsində adi fəhlə işləyirdi.[5]
Müxtəlif mənbələrə görə, 1902-ci il mayın 7-nə keçən gecə, vulkan püskürməsi ərəfəsində Silbaris ya bar davasına, ya da küçə davasına qarışmışdı. O, bir şəxsə hücum etdiyinə görə sutkalıq həbsxanaya atılmışdır. Bəzi mənbələrdə Silbarisin adam öldürdüyünü və qətlə görə həbsə atıldığını iddia edilir, baxmayaraq ki, bunun hadisələrin doğru versiyası olub-olmadığı naməlumdur. Bir çox mənbələr Silbarisin tez-tez hakimiyyət orqanları ilə problemlərinin olduğunu göstərir. Bəzi uydurma mənbələrdə onun prekoqnisiya gördüyünü və iğtişaş törətdikdən sonra sərxoş olduğu üçün həbs olunduğu qeyd edilmişdir.[6]
Həbs olunmasının səbəbi nə olursa olsun, Silbarisin birnəfərlik kameraya salınması və qismən yerin altında tikilmiş daş divarlı, təkhüceyrəli bomba sığınacağına saxlanılması əmri verilmişdir. Kameranın pəncərələri yox idi və yalnız vulkan tərəf baxan qapıdakı dar barmaqlıq vasitəsilə havalandırılırdı. Onun saxlanıldığı həbsxana şəhərin ən təhlükəsiz tikilisi idi və bu, onun həyatını xilas etmişdi. Silbarisin sağ qaldığı kamera hələ də dayanır.[7]
Püskürmədən dörd gün sonra xilasetmə qrupu həbsxananın dağıntıları arasından Silbarisin çağırışını eşitmişdi. Ağır yanıq zədələri almış olsa da, o, püskürmədən sağ qalmış və hadisənin hesabını verə bilmişdir.[7]