Lui Antuan Bugenvil

Lui Antuan Bugenvil (12 noyabr 1729[1][2][…], Paris[3]31 avqust 1811[4][5][…], Paris[3]) — fransız dəniz səyyahı, vitse-admiral (1791), Fransa Elmlər Akademiyasının üzvü (1795).[6]

Lui Antuan Bugenvil
Louis-Antoine, Comte de Bougainville
Fransız dənizçi və səyahətçi Bugenvilin portreti
Fransız dənizçi və səyahətçi Bugenvilin portreti
Doğum tarixi
Doğum yeri Paris, Fransa
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Paris, Fransa
Dəfn yeri
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti Fransız
Fəaliyyəti Hərbçi, riyaziyyatçı, hüquqşünas
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1750-ci il -dən hərbi xidmətdə olmuşdur. KanadadaAvropada Yeddiillik müharibədə iştirak etmişdir. 1763–65 illərdə Folklend adalarını öyrənmiş, 1766–69-cu illərdə birinci fransız dövr-aləm ekspedisiyasına rəhbərlik etmişdir. Ekspedisiya dövründə Lui ziada və Tua motu arxipelaqlarını, Solomon adalarınıYeni Hebrid arxipelaqında bir neçə adanı kəşf etmişdir (bəzi hallarda təkrarən). Bugenvilin dövr-aləm səyahəti, bir çox alimin (təbiətşünaslar, astronomlar və b.) iştirak etdiyi ilk elmi ekspedisiyalardan biridir.

Səyahəti haqqında “Dövr-aləm səyahətinin təsviri” (1771–72) əsərini yazmışdır. 1772-ci ildə Cənub qütbünə ekspedisiyanın layihəsini təklif etmişdir. 1781–82-ci illərdə Fransa donanmasının hərbi əməliyyatlarında ABŞ tərəfində Şimali Amerikada istiqlaliyyət müharibəsində (1775–83) iştirak etmişdir. Konstitusiyalı monarxiyanın tərəfdarı olmuş, Fransa inqilabı zamanı bir ne çə ay məhbus həyatı (1794) yaşamışdır. Napoleon Bonapartın dövründə Senatın üzvü (1799) olmuş, Fəxri Legion ordeninə (1804) layiq görülmüş, qraf titulu (1808) almışdır.

İrsi və mükafatları

[redaktə | mənbəni redaktə et]
Traité du calcul intégral, 1754

Solomon adalarında ada, nov və boğaz, Folklend adalarında ada, Yeni Hebrid adalarında boğaz, Magellan körfəzində buxta, Yeni Qvineya adalarında dağ, Mərcan dənizində rif Bugenvilin adını daşıyır.[6]

Tanınması və karyerasının sonu

[redaktə | mənbəni redaktə et]

1787-ci ildə, o, Fransa Elmlər Akademisyasının üzvü oldu. 1791-ci ildə, vitse-admiral rütbəsini əldə etdi.

1794-cü ildə, terror dövründən qaçaraq Normandiyadakı mülkünə sığınmışdı. Parisə qayıtdıqdan sonra Lonqitud bürosunun qurucu üzvlərindən biri oldu. 1799-cu ildə konsul Napoleon onu senator etdi. 1811-ci il avqust ayının 8-də vəfat etmişdir.

1781-ci ildə ailə həyatı qurmuş, 4 oğlu vardı. Övladlarının hər biri fransız dəniz və quru qüvvələrində mübarizə aparmışdır.

  1. Louis-Antoine de Bougainville // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. Louis Antoine De Bougainville // GeneaStar.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  5. Louis-Antoine de Bougainville // Encyclopædia Britannica (ing.).
  6. 1 2 Bugenvil// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 39-40.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]