Luici Lonqo

Luici Lonqo (15 mart 1900[2][3][…]16 oktyabr 1980[2][3][…], Roma)— İtaliya və beynəlxalq kommunist və fəhlə hərəkatı xadimi. Kəndli ailəsində dogulmuşdur. 1920-ci ildə Sosialist Partiyasına, 1921-ci ildə isə yenicə yaranmış İtaliya Kommunist Partiyasına (İKP) daxil olmuşdur. 1921-1928-ci illərdə İtaliya Kommunist Gənclər İttifaqı (İKGİ) rəhbərliyinin, 1924-1926-ci illərdə isə onun Katibliyinin üzvü idi. Kominternin 4 və 6-cı, Kommunist Gənclər İnternasionalının (KGİ) 3 və 5-ci konqreslərində iştirak etmişdir. 1926-cı ildə İKP MK üzvü seçilmiş və İKGİ-nin KGİ İcraiyə Komutəsində nümayəndəsi kimi Moskvaya göndərilmişdir. 1932-ci ildən Kominternin İcraiyyə Komitəsində İKP-nin nümayəndəsi idi. İspaniyada antifaşist müharibəsi (1936-1939) başlandıqdan sonra Luici İspaniya respublikasına yardımın təşkilatçılarından, Beynəlmiləl briqadaların yaradıcılarından (Qallo adı ilə onların baş müfəttişi) olmuş, bir çox döyüşlərdə iştirak etmişdir: respublikanın məğlubiyyətindən sonra Fransaya getmiş, 1941-ci ildə "Vişi" hakimiyyət orqanları tərəfindən İtaliyanın faşist hökumətinə təhvil verilmişdir. İtaliyada faşist rejimi devrilənədək (1943) həbsdə və sürgündə olmuşdur. Alman-faşist işğalçılarına qarşı milli azadlıq müharibəsi dövründə (1943-1945) partizan hərəkatının əsas təşkilatçı və rəhbərlərindən biri olmuşdur. 1946-cı ilin yanvarından İKP baş katibinin müavini, 1964-ci ilin avqustundan baş katibi olmuşdur. 1972-ci ildən İKP-nin sədri olmuşdur. 1948-1979 illər arasında İtaliya parlamentinin deputatı olmuşdur.[4]

Luici Lonqo
it. Luigi Longo
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Beynəlxalq briqadalar[d]
Rütbəsi İkinci dərəcəli kapitan[d]
Döyüşlər
Təltifləri "Bürünc ulduz" medalı "Lenin" ordeni Yuqoslaviyanın Xalq Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Find a Grave (ing.). 1996.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Luigi Longo // Encyclopædia Britannica (ing.).
  4. Azərbaycan Sovet Ensiklopediyası. VI. Bakı. 1982. səh. 259-260.