Luiza O`Merfi (fr. Marie-Louise O'Murphy) (21 oktyabr 1737,(Ruan) — 11 dekabr 1814, Paris) — Fransa kralı XV Lüdovikin favoriti (məşuqəsi).
Luiza O`Merfi irlandiyalı keçmiş əsgər Daniel O`Merfinin beş qızından biridir. Atasının vəfatından sonra anası qızları ilə Parisə köçərək köhnə pal-paltar satmaqla, qızları isə aktrisalıq və pozaçılıqla məşğul olurlar. 1752-ci ildə Buşenin "Dincələn qız" əsərinə poza verən O`Merfi Luiza, XV Lödovik şəkili gördükdən sonra onun fovarit məşuqəsinə çevrilir. Onların nikahdan kənar bir qızı Sen-Antuan, Aqata Luiza de dünyaya gəlir. Fransa inqilabı zamanı Krala əlaqəsinə görə qısamüddətli həbs edilir.