Luk Steyn (7 iyun 1993, Harare) — Zimbabveli dağ-xizək idmançısı. Luk Steyn Zimbabveni 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Qış Olimpiya Oyunlarında iştirak edən ilk Zimbabveli idmançıdır. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir.[1][2][3] 2008-ci ildən bu idman növü ilə məşğul olmağa başlamışdır.[4]
Luk Steyn | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Luk Steyn |
Vətəndaşlığı | Zimbabve |
Doğum tarixi | |
Doğum yeri | |
Təhsili | |
Boyu | 182 sm |
İdman növü | Dağ-xizək idmanı |
21 dekabr 2016 tarixində yenilənib. |
Luk Steyn Zimbabvenin paytaxtı olan Harare şəhərində anadan olmuşdur. Lakin iki yaşı olarkən ölkəni tərk edərək İsveçrəyə yollanmışdır. Steyn burada qar və xizək idmanı ilə məşğul olmağa başlamışdır.[5]
Luk Steyn birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. 3:06.55 saniyəlik nəticəsi ilə 109 atlet arasında 57-ci yeri tutdu.[6]