Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir.
Harare | |
---|---|
Harare | |
17°49′45″ c. e. 31°03′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1890 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.492 m, 1.494 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
hararecity.co.zw | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır.
Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir. Bundan əlavə ölkədə xeyli sayda dəmir(metal) və kimya sənayesinin nəzdində zavodlar fəaliyyət göstərir. Ölkənin ən önəmli təbii sərvətlərlərindən biri qızıldır. Burada istehsal olunan məhsullar dəmiryolu və təyyarə ilə daşınır.
Şəhər, ölkənin şimal-şərq hissəsində yerləşir. Dəniz səviyyəsindən 1.490 m yüksəkliktə yerləşən şəhər, quru savanna iqlimi altındadır.