İqtisadiyyatda Lukas paradoksu və ya Lukas tapmacası ondan ibarətdir ki, inkişaf etməkdə olan ölkələrdə bir işçiyə düşən kapital daha aşağı səviyyədə olsa da, kapital inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə axışmır (kapital çatışmazlığı və nisbi əmək artıqlığı).[1]
Klassik iqtisadi nəzəriyyə kapitalın gəlirlərinin azalmasının təsiri ilə kapitalın zəngin ölkələrdən kasıb ölkələrə axacağını proqnozlaşdırır. Kasıb ölkələrin hər bir işçiyə düşən kapital səviyyəsi daha aşağıdır ki, bu da onların yoxsulluğunu qismən izah edir. Belə ölkələrdə işçi qüvvəsinə nisbətən kapital qıtlığı o demək olmalıdır ki, kapitalın yeridilməsinin gəlirliliyi inkişaf etmiş ölkələrlə müqayisədə daha yüksəkdir. Ona görə də zəngin ölkələrin investorları kasıb ölkələri investisiya üçün sərfəli kimi qəbul etməlidirlər. Amma reallıqda işlər heç də belə deyil. Zəngin ölkələrdən kasıb ölkələrə kapital axını təəccüblü dərəcədə kiçik olmuşdur.[2] Robert Lukasın 1990-cı ildə yazdığı məqalədə geniş müzakirə olunan bu sirr "Lukasın Paradoksu" adlanır.[3]
Lukasın paradoksunun nəzəri izahlarını iki kateqoriyaya bölmək olar.[4]