Lukian (gürc. ლუკიანე) — Gürcü Ortodoks Kilsəsi xadimi, David Qarecinin ən yaxın tələbələrindən biri. Keşikçidağ monastır kompleksi ərazisində Müqəddəs İohann monastırının əsasını qoymuşdur. [1][2] Monastırın inşaat kitabəsində qeyd edilir:
Lukian | |
---|---|
gürc. ლუკიანე | |
| |
Doğum tarixi | VII əsr |
Qeyd edilir | Gürcü Ortodoks Kilsəsi |
Şərafətli David atanın xeyir-duası ilə Vəftizçi İohannın şərəfinə bu səhra monastırını inşa etdirdim.[3] |
Lukianın həyatı və fəaliyyəti haqqında məlumatlar "David Qarecinin həyatı" adlı aqioqrafik əsərdə saxlanmışdır. Həmçinin Lukianın həyatınn müxtəlif səhnələri Gürcü ikonoqrafiyasında geniş yayılmışdır.