Müqəddəs İohann monastırı (gürc. ნათლისმცემლის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. David Qareci lavrasından 12 km qərbdə yerləşən monasıtırın əsası, kilsə ənənəsinə görə VI əsrin sonları - VII əsrin əvvəllərində David Qarecinin tələbələrindən olan Lukian tərəfindən qoyulmuşdur.
Müqəddəs İohann monastırı | |
---|---|
gürc. ნათლისმცემლის მონასტერი | |
41°17′55″ şm. e. 45°42′17″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Saqareco |
Yerləşir | Kaxeti |
Aidiyyatı | Gürcü Ortodoks Kilsəsi |
Sifarişçi | Lukian |
Tikilmə tarixi | VI-VII əsr |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Kompleks çoxlu sayda mağara məbədlər və mərkəzi kilsədən ibarətdir. Əsas kilsədən cənubda daha bir kiçik kilsə yerləşir. Kilsənin interterlərində XII əsrə aid freska qalıqları dövrümüzə çatmışdır.
David Qareci lavrasından 12 km qərbdə yerləşən monasıtırın əsası, kilsə ənənəsinə görə VI əsrin sonları - VII əsrin əvvəllərində David Qarecinin tələbələrindən olan Lukian tərəfindən qoyulmuşdur.[1][2] Monastırın inşaat kitabəsində qeyd edilir:
Şərafətli David atanın xeyir-duası ilə Vəftizçi İohannın şərəfinə bu səhra monastırını inşa etdirdim.[3] |
Kompleks çoxlu sayda mağara məbədlər və mərkəzi kilsədən ibarətdir. Mərkəzi kilsə qeyri-adi hündürlüyü ilə diqqət çəkir. Əsas kilsənin ikonostası XVIII əsrə aiddir.
Əsas kilsədən cənubda daha bir kiçik kilsə yerləşir. Həmin kilsəyə çatmaq üçün qayanın sirvəsinə dırmanmaq lazımdır. Bu kilsənin qarşısında hündür zəng qülləsi və rahiblərin yaşaması üçün otaqlar vardır. Kilsənin interterlərində XII əsrə aid freska qalıqları dövrümüzə çatmışdır.