"Lun" raket daşıyıcı gəmi-ekranoplan — SSRİ tərəfindən yaradılmış raket daşıyıcı-ekranoplan (Azərbaycan mediasında — "Xəzər canavarı", Rus dilində — "экраноплан проекта "Лунь"", NATO kod adı — "Utka"[1]).
Lun | |
---|---|
Mənşə ölkə | |
Təşkilat |
|
İstismara verilmə tarixi | 1987 |
Uzunluğu |
|
Hündürlüyü | 19,2 m |
Vikianbarda əlaqəli mediafayllar |
Ekranoplan proyektinin yaradılmasına 1970-ci illərin sonunda başlanılıb. İlk prototip 1983-cü ildə hazırlanıb. 1986cı il 16 iyul tarixində ekranoplan ilk dəfə suya buraxılıb.
Ekranoplan Xəzər Dənizi Flotiliyasına daxil idi.Əvvəlcə 8 ədəd ekranoplanın hazırlanması nəzərdə tutulurdu amma maddiyat çatışmazlığı bu planı həyata keçirməyə imkan vermədi.
Sovet İttifaqının dağılması ekranoplan layihəsinin büdcəsinə pis təsir göstərdi. 2-ci ekranoplanın inşasını başa çatdırmaq üçün onun Axtarış-xilasetmə vasitəsi kimi planlanmasına cəhd göstərildi. İşlər 1990-cı illərdə maddi çatışmazlıq üzündən, ekranoplan 75% hazır ikən donduruldu.
Hal-hazırda ekranoplan Dərbənd şəhərində "Partiot Park"da yerləşdirilib. Parkın 2023-cü ildə ziyarətçilərə açılacağı gözlənilir.[2]
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |