Luqansk Xalq Respublikası

Luqansk Xalq Respublikası (rus. Луганская народная республика ) — Şərqi Avropada eyniadlı separatist tәşkilat tәrәfindәn qurulan tanınmayan separatist dövlәt. Donbass müharibəsi zamanı 2014-cü il aprelin 28-də Ukraynadakı müstəqil, suveren respublika kimi quruldu. Mayın 11-də müstəqillik referendumu keçirildi və müstəqilliyi ictimaiyyət tərəfindən təsdiq edildi. Mayın 12-də rəsmi olaraq müstəqilliyini elan etdi. Təsisçilər 24 may 2014 tarixində Donetsk Xalq Respublikası ilə bir konfederasiya imzaladılar.

Luqansk Xalq Respublikası
rus. Луганская Народная Республика
Bayraq Gerb
Bayraq Gerb
Луганск, сила и свобода (Luqansk, güclü və müstəqil)
Rəsmi dilləri
Paytaxt Luqansk
İdarəetmə forması prezident respublikası
Sahəsi
 • Ümumi 26.684 km² km²
 • Əhali
  • 1.400.000 nəf. (1 yanvar 2023)[1]
Valyuta Rusiya rublu
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü il mayın 11-də 96.2% səslə qəbul edilmiş müstəqillik referendumundan sonra yeni hökumət Rusiya və 13 başqa ölkəni 11 iyun tarixində öz müstəqilliyini tanımağa çağırdı. Onun müstəqilliyi Donetsk Xalq Respublikası və 2008-ci ildə Gürcüstandan ayrılaraq suveren olduğunu bəyan edən Cənubi Osetiya tərəfindən tanındı.