Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Lhasa (l̥ásə, (çin |拉薩|拉萨|Lāsà)) — Çin xalq Respublikasının Tibet Muxtar Rayonun inzibati mərkəzi, "müstəqil Tibet Dövlətinin" keçmiş paytaxtı. Tarixi Lhasa Lhasa şəhər dairəsinin bir hissəsidir. Lhasa dalay-lamanın ənənəvi iqamətgahıdır. Tibet dilindən tərcümədə «lhasa» «tanrıların yeri» deməkdir.
Lhasa ölkənin cənub-şərqində, Himalay Dağlarının yüksək təpələrindən birinin üzərindəki bir düzənlikdə dənizdən 3600 metr yüksəkdə qurulmuşdur. Hindistan sərhəddinə çox yaxındır.
Lhasa-da tarixi əhəmiyyət daşıyan bir çox bina vardır. Bu binalardan ən qədimi 652-ci ildə etdirilmiş olan Jokhang məbədi və şəhərin şimalındakı Ramohce məbədidir. Lhasa'daki binaların çoxu daş və kərpicdən inşa edilmişdir. Evlər ümumiyyətlə iki ya da üç mərtəbəlidir, bacasız və alçaq damları vardır.