Lyambliyoz

Lyambliyoz[3] — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyambliyalar tərəfindən törədilən xəstəlik.

Lyambliyoz
Giardia cell, SEM
Giardia cell, SEM
XBT-10 A07.1
XBT-10-KM A07.1
XBT-9 007.1
XBT-9-KM 007.1[1][2]
DiseasesDB 5213
MedlinePlus 000288
eMedicine emerg/215 
MeSH D005873
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyambliya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur.[4] Lyambliyoz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyambliyaların nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir. İnsanda lyambliyaların bir növü- L.intestinalis parazitlik edir.

Lyambliyozun əsas mənbəyi xəstə insandır. Bununla belə müəyyən edilmişdir ki, lyambliyalar it, pişik və siçanabənzər gəmiricilərin orqanizmində də parazitlik edir.

Lyambliyaların sistaları (sista bəzi ibtidai orqanizmlərdə xarici təsirdən qorunmaq üçün üst qişa, pərdə deməkdir) kranddan axan xlorlu suda, çirklənmiş su hövzələrində aşkar edilir. Lyambliyoz xəstəliyinə yoluxmaq üçün mədə şirəsinin turşuluq səviyyəsinin aşağı düşməsi və cəmi 10 lyambliya sistası udmaq kifayət edir.

Yoluxma yolları

[redaktə | mənbəni redaktə et]

Xəstəliyin törədiciləri orqanizmə ağızdan keçir. Lyambliyozla yoluxmanın əsas üç yolu vardır: su, təmas və qida. Çox zaman yoluxma su kəmərindən axan yaxşı təmizlənməmiş su, yaxud açıq su hövzələrindən istifadə edərkən baş verir. Məişətlə ünsiyyət yolu zamanı lyambliyozla yoluxma gündəlik həyatda işlənən əşyalar: alt geyimləri, oyuncaqlar, qab-qacaq vasitəsilə baş verir. Həmçinin uşaqlarda dırnaqları, qələmləri, karandaşları dişləmək kimi zərərli vərdişlər demək olar ki, 100% lyambliyada aşkar olunur. Yoluxma sistalarla yoluxmuş, xüsusilə termiki emal olunmuş qida məhsullarından (tərəvəz, giləmeyvələr, meyvələr) istifadə zamanı da baş verə bilər.

İnkubasiya dövrü 10-15 gün davam edir. Parazitlər yoluxmadan 9 gün sonra görünməyə başlayır. Xəstələrin ümumi hissetmə qabiliyyəti yaxşı, bədən temperaturu normal olur. Onlar mədə bulanması, iştahanın azalması, bəzən qarında qurultu, eyni zamanda qarnın yuxarı hissələrində narahatlıqdan şikayətlənirlər. Bəzi xəstələrdə duru, su halında ishal, bədən kütləsinin hədsiz azalması müşahidə olunur. Bir neçə gündən sonra bütün simptomlar tədricən yox olur. Vegetativ formada lyambliya sistalarının duru nəcisdə, yaxud adi nəcisdə aşkar edilməsi lyambliyoz xəstəliyinə yoluxmaya sübutdur.

İnsan orqanizmində lyambliyalar 2 formada mövcud olur. Vegetativ forma- lyambliyalar əsasən nazik bağırsağın yuxarı hissələrində olur. Burda onlar parçalanmış, xüsusilə karbohidrogenli qida məhsulları ilə qidalanırlar. Yoğun bağırsağa düşməklə lyambliyalar sistalara (sporlu forma) çevrilir və nəcislə ifraz olunur.

Sista üzəri möhkəm qişa ilə örtülmüş kapsul formasında olan mikrobdur. Bu qişa onun özünə zərər vermədən xarici aləmin müxtəlif təsirlərini daşımağa imkan verir. Sistalar turşulara, qələvilərə, aktiv xlorlu maddələrə qarşı davamlıdır. Sistalar rütubətıi şəraitdə, kölgədə 70 gün, torpaqda 9-12 gün, rütubət az olan yerdə 4-5 gün həyat fəaliyyətini saxlaya bilir. Onları yalnız qaynatma üsulu ilə tam zərərsizləşdirmək olar. Yaşlı insanlar sutkada 18 milyarda qədər sista ifraz edə bilir. Sitaların ifraz edilməsi hər 10-20 gündən bir baş verir. Ağır invaziya (parazitlərdən yoluxucu xəstəlik tutması) formasında lyambliyoz mötəbər kliniki simptomlarla gəlir, kəskin, ya da xroniki vəziyyət alır.

Diaqnostika metodları

[redaktə | mənbəni redaktə et]

Lyambliyozun laboratoriya şəraitində ən əlverişli diaqnostikası korpoloji tədqiqatı (nəcisin tədqiq edilməsi) metodudur. Amma qeyd etmək lazımdır ki, lyambliya sistalarını nəcisdə aşkar etmək hər zaman mümkün olmur. Bundan başqa, yaxşı olar ki, onun duodenal araşdırılması aparılsın. Eləcə də yoluxmadan 2-4 həftə sonra qanda spesifik anticisimlər (anticisimlər-orqanizmə yad zülallar, bakteriyalar, onların zəhərlərini və s. daxil etdikdə əmələ gətirdiyi maddələr)aşkar edildikdə lyambliyozun seroloji diaqnostikası aparılır.

Xroniki lyambliyoz müalicəni yoluxma əleyhinə preparatlarla başlamaq məqsədəuyğun deyil, çünki bu, toksiki-allergik ağırlaşmalara və xəstəliyin kliniki simptomlarının kəskinləşməsinə gətirir. Belə hallarda müalicə üç mərhələdə aparılır:

  • Birinci mərhələ- toksikozun ləğv olunması, bağırsağın ferment aktivliyinin yaxşılaşdırılması, immun statusunun korreksiyası. Xəstəliyinin simptomlarının mötəbərliyindən asılı olaraq 1-ci mərhələ 1-2 həftə davam edir və aşağıdakıları daxil edir:

-lyambliyaların çoxlamasına əngəl yaradan diyeta (sıyıqlar, quru meyvələr, tərəvəzlər, bitki yağları)
-karbohidrogenlərdən istifadənin məhdudlaşdırılması
-ödqovucu preparatların qəbulu
-ferment terapiyası (kiloqramların nəticələrinə görə)
-antihistamin preparatları

  • İkinci mərhələ-parazitlərə qarşı birhüceyrəlilərə təsir göstrən preparatlarla terapiya: trixopol, furazolidon, tiberal. Antihistamin preparatları və enterosorbentlərin qəbulu lyambliyoz əleyhinə terapiya boyunca davam etdirilir.
  • Üçüncü mərhələ-orqanizmin müdafiə qabiliyyətinin yüksəldilməsi və lyambliyaların bağırsaqda və öd kisəsində çoxlamasına əngəl törədən şəraitin yaradılması. Bunun üçün bağırsağın peristaltikasını yaxşılaşdıran diyeta (müxtəlif yarma sıyıqları, tərəvəz və meyvə püreləri, bişmiş almalar, tər meyvə və tərəvəz, süd məhsulları) təyin edilir. İmmun sistemin korreksiyası məqsədilə bitki adaptogenləri, polivitamin kompleksləri tövsiyəedilir. Üçüncü mərhələ 2-3 həftə davam edir.

Kəskin lyambliyoz-parazitə qarşı birmərhələli müalicə kursundan istifadə etmək olar.

Profilaktika və müalicəsi

[redaktə | mənbəni redaktə et]

Lyambliyozun profilaktikası üçün lazımdır:

  • -yalnız qaynanmış, yaxud su kəmərindən axan filtrlənmiş sudan istifadə etmək
  • -uşaqlar üçün təşkil olunmuş qapalı kollektivlərdə ildə iki dəfə işçi heyətinin və uşaqların müayinəsini həyata keçirmək
  • -lyambliya sistaları ayırd edilən şəxslər aşkar edildikdə ailənin bütün üzvlərini sağlam vəziyyətə gətirmək
  • -ev heyvanları saxlayan insanların müntəzəm olaraq antihelmint vasitələrlə təmizlənməsi (ən azı, yarım ildə bir dəfə həblər)
  • -yoluxma yollarını yaddan çıxarmamaq və cidd-cəhdlə gigiyenik qaydalara riayət etmək(buda ona getirib cixardir
  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. Акрихин // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 201.
  4. http://mehemtsuta.azersayt.com/comments-altay-88396[ölü keçid]