Lyamblioz[3] — nazik bağırsaqda, bəzən isə öd kisəsində parazitlik edən lyamblyalar tərəfindən törədilən xəstəlik.
Lyambliyoz | |
---|---|
| |
XBT-10 | A |
XBT-10-KM | A07.1 |
XBT-9 | |
XBT-9-KM | 007.1[1][2] |
DiseasesDB | 5213 |
MedlinePlus | 000288 |
eMedicine | emerg/215 |
MeSH | D005873 |
Vikianbarda əlaqəli mediafayllar |
Çirkli sulardan istifadə хüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıхarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Bu zaman qəbul olunan qida vasitəsilə parazit lyamblya qurdları orqanizmə daxil olur. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur.[4] Lyamblioz-geniş yayılmış xəstəlikdir və birhüceyrəli heyvanlar ailəsindən olan mikroorqanizmlər- Protozoe Giardia Lamblia tərəfindən törənir. Xəstəlik lyamblilərin nazik bağırsağı və qaraciyəri zədələməsi ilə baş verir. İnsanda lyamblilərin bir növü- L.intestinalis parazitlik edir.
Lyambliozun əsas mənbəyi xəstə insandır. Bununla belə müəyyən edilmişdir ki, lyamblilər it, pişik və siçanabənzər gəmiricilərin orqanizmində də parazitlik edir. Lyamblilərin sistaları (sista bəzi ibtidai orqanizmlərdə xarici təsirdən qorunmaq üçün üst qişa, pərdə deməkdir) kranddan axan xlorlu suda, çirklənmiş su hövzələrində aşkar edilir. Lyamblioz xəstəliyinə yoluxmaq üçün mədə şirəsinin turşuluq səviyyəsinin aşağı düşməsi və cəmi 10 lyambli sistası udmaq kifayət edir.
Xəstəliyin törədiciləri orqanizmə ağızdan keçir. Lyambliozla yoluxmanın əsas üç yolu vardır: su, təmas və qida. Çox zaman yoluxma su kəmərindən axan yaxşı təmizlənməmiş su, yaxud açıq su hövzələrindən istifadə edərkən baş verir. Məişətlə ünsiyyət yolu zamanı lyambliozla yoluxma gündəlik həyatda işlənən əşyalar: alt geyimləri, oyuncaqlar, qab-qacaq vasitəsilə baş verir. Həmçinin uşaqlarda dırnaqları, qələmləri, karandaşları dişləmək kimi zərərli vərdişlər demək olar ki, 100% lyambliada aşkar olunur. Yoluxma sistalarla yoluxmuş, xüsusilə termiki emal olunmuş qida məhsullarından (tərəvəz, giləmeyvələr, meyvələr) istifadə zamanı da baş verə bilər.
İnkubasiya dövrü 10-15 gün davam edir. Parazitlər yoluxmadan 9 gün sonra görünməyə başlayır. Xəstələrin ümumi hissetmə qabiliyyəti yaxşı, bədən temperaturu normal olur. Onlar mədə bulanması, iştahanın azalması, bəzən qarında qurultu, eyni zamanda qarnın yuxarı hissələrində narahatlıqdan şikayətlənirlər. Bəzi xəstələrdə duru, su halında ishal, bədən kütləsinin hədsiz azalması müşahidə olunur. Bir neçə gündən sonra bütün simptomlar tədricən yox olur. Vegetativ formada lyambli sistalarının duru nəcisdə, yaxud adi nəcisdə aşkar edilməsi lyamblioz xəstəliyinə yoluxmaya sübutdur.
İnsan orqanizmində lyamblilər 2 formada mövcud olur. Vegetativ forma- lyamblilər əsasən nazik bağırsağın yuxarı hissələrində olur. Burda onlar parçalanmış, xüsusilə karbohidrogenli qida məhsulları ilə qidalanırlar. Yoğun bağırsağa düşməklə lyamblilər sistalara (sporlu forma) çevrilir və nəcislə ifraz olunur. Sista nədir? Sista- üzəri möhkəm qişa ilə örtülmüş kapsul formasında olan mikrobdur. Bu qişa onun özünə zərər vermədən xarici aləmin müxtəlif təsirlərini daşımağa imkan verir. Sistalar turşulara, qələvilərə, aktiv xlorlu maddələrə qarşı davamlıdır. Sistalar rütubətıi şəraitdə, kölgədə 70 gün, torpaqda 9-12 gün, rütubət az olan yerdə 4-5 gün həyat fəaliyyətini saxlaya bilir. Onları yalnız qaynatma üsulu ilə tam zərərsizləşdirmək olar. Yaşlı insanlar sutkada 18 milyarda qədər sista ifraz edə bilir. Sitaların ifraz edilməsi hər 10-20 gündən bir baş verir. Ağır invaziya (parazitlərdən yoluxucu xəstəlik tutması) formasında lyamblioz mötəbər kliniki simptomlarla gəlir, kəskin, ya da xroniki vəziyyət alır.
Lyambliozun laboratoriya şəraitində ən əlverişli diaqnostikası korpoloji tədqiqatı (nəcisin tədqiq edilməsi) metodudur. Amma qeyd etmək lazımdır ki, lyambli sistalarını nəcisdə aşkar etmək hər zaman mümkün olmur. Bundan başqa, yaxşı olar ki, onun duodenal araşdırılması aparılsın. Eləcə də yoluxmadan 2-4 həftə sonra qanda spesifik anticisimlər (anticisimlər-orqanizmə yad zülallar, bakteriyalar, onların zəhərlərini və s. daxil etdikdə əmələ gətirdiyi maddələr)aşkar edildikdə lyambliozun seroloji diaqnostikası aparılır.
Xroniki lyamblioz- müalicəni yoluxma əleyhinə preparatlarla başlamaq məqsədəuyğun deyil, çünki bu, toksiki-allergik ağırlaşmalara və xəstəliyin kliniki simptomlarının kəskinləşməsinə gətirir. Belə hallarda müalicə üç mərhələdə aparılır:
-lyamblilərin çoxlamasına əngəl yaradan diyeta (sıyıqlar, quru meyvələr, tərəvəzlər, bitki yağları)
-karbohidrogenlərdən istifadənin məhdudlaşdırılması
-ödqovucu preparatların qəbulu
-ferment terapiyası (kiloqramların nəticələrinə görə)
-antihistamin preparatları
Kəskin lyamblioz-parazitə qarşı birmərhələli müalicə kursundan istifadə etmək olar.
Lyambliozun profilaktikası üçün lazımdır: