Lyolnbreyn su anbarı | |
Ölkə | Avstriya |
Lyolnbreyn su anbarı (ing. Kölnbrein Dam) — Avstriyanın ən böyük hidrotexniki qurğusu (bənd), eyniadlı su-elektrik stansiyasının bir hissəsidir.[1]
1971–1977-ci illər arasında tikilib. Anbarın doldurulması zamanı bənddə bir neçə çat əmələ gəlir. Onu düzəltmək üçün on ildən çox vaxt lazım gəlir.
Karintiyadakı Malta çayı üzərində bir bəndin inşası üçün planlar 1930-cu illərin sonlarında alman mühəndis şirkəti olan AEG tərəfindən hazırlanmışdır (sonradan Alpen-Elektrowerke AG kimi tanınır). Layihə İkinci Dünya müharibəsindən sonra Avstriya səlahiyyətliləri tərəfindən 1957-ci ildə başlayan və Österreichische Draukraftwerke şirkəti tərəfindən həyata keçirilən geniş kəşfiyyat işləri ilə davam etdirildi. Beton bəndin tikintisinə yalnız 1971-ci ildə başlamışdır.
Sement və digər tikinti materiallarını tikinti sahəsinə aparmaq üçün altı tunel inşa edilir. Bununla bağlı xüsusi yol çəkilir. Anbara 1,6 milyon kubmetr beton töküldü. 1978-ci ildə 400-ə yaxın quraşdırılmış ölçmə cihazı problemlər barədə məlumat verdi. Bəndin gövdəsindəki çatlaqlardan daxilə doğru suya axmağa başladı. 1992-ci ilə qədər sement, sintetik qatran və poliuretan enjeksiyaları ilə çatların bağlanması üçün kompleks işlər görüldü. Bu tədbirlər bənd tikintisinin dəyərini xeyli artırdı. 4 oktyabr 1993-cü ildə su anbarı lazımı səviyyəyə çatdı. Bütün 2500 nöqtə ölçmə sensoru quruluşun sabitliyini göstərdi. Su anbarının səthi dəniz səviyyəsindən 1902 metr yüksəklikdə yerləşir, lazım gəlsə 1750 metrə endirilə bilər. Sonradan Lyolnbreyn su anbarında eyni adlı su-elektrik stansiyası tikilir. Su-elektrik stansiyası Verbund AG-nin törəmə şirkəti olan Verbund Hydro Power GmbH tərəfindən idarə olunur. Çaydakı bütün elektrik stansiyaları Reisek-Kreutzek su-elektrik stansiyasının bir hissəsidir.
Enerji sənayesi ilə yanaşı, bənd və su anbarı da turistik əhəmiyyət daşıyır. Bir dağ çayı olan Malta çayı 14.3 km uzunluğunda bir neçə gözəl şəlaləyə malikdir. Burada dağ restoranı və otel, elektrik stansiyaları və Hohe Tauern Milli Parkı ilə tanışlıq turları vardır.
Maraqlıdır ki, 1978-ci ildə çəkilmiş "Braziliyadan olan oğlanlar" filminin bəzi fraqmetləri burada lentə alınmışdır.