Lyperosomum petrovi

Lyperosomum petrovi (lat. Lyperosomum petrovi) — heyvanlar aləminin yastı qurdlar tipinin trematodlar sinfinin plagiorxidlər dəstəsinin dicrocoeliidae fəsiləsinin lyperosomum cinsinə aid heyvan növü.

Lyperosomum petrovi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Yarımtip:
Sinifüstü:
Yarımsinif:
Növ:
Lyperosomum petrovi
Beynəlxalq elmi adı
  • Lyperosomum petrovi

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bədənin uzunluğu 5,8-6 mm, eni qarın sormacı sahəsində 0,5-0,7 mm-dir. Ağız sormacı dairəvidir, diametri 0,21х0,25 mm-dir, qarın sormacı böyük, şarvari olub 0,64x0,77 mm diametrə malikdir. Sormaclar arasında məsafə 0,34-0,51 mm-dir. Ağız sormacının arxasında diametri 0,16-0,17 mm-ə qədər olan farinks yerləşir. Bağırsaq şaxələri təqribən eyni uzunluqda olub, düz xətt boyunca bədənin arxa hissəsində qurtarırlar. Cinsi bursa uzunluğu 0,172 mm, eni 0,129 mm olub qarın sormacından öndə qurtarır. Dairəvi və eyni olan toxumluqlar bədənin orta hissəsinin önündə, qarın sormacının arxasında yerləşir. Onların ölçüləri 0,12-0,21 mm. Yumurtalıqlar bütöv kənarlıdırlar, arxa toxumluqdan 0,38-0,55 mm məsafədə yerləşirlər. Uzunluğu 0,235-0,30 mm, eni isə 0,15-0,21 mm-dir. Sarılıqlar qeyri bərabərdir. Balalıq bütün bədəni əhatə edir. Qarın sormacının arxa kənarından başlayaraq, bədənin arxa qurtaracağına qədərdir. Yumurtanın uzunluğu 0,019-0,022 mm-dir.[1]

Endem növdür, növdaxili müxtəlifliyi politipdir, parazit orqanizm olub quşların (Francolinus francolinus və Turdus merula) qara ciyəri və öd yollarında yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayiət edilir. Qara ciyər toxumları ilə qidalanır. Düşmənləri yoxdur. Hermafrodit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Ontogenezi məlum deyil. İnsan həyatına təsiri məlum deyil. Mühafizəsinə ehtiyac yoxdur.

Dünyada 30, Qafqazda 4, Azərbaycanda 9 növü yayılıb. Muğanda və Naxçıvanda yayılmışdır.

  1. Feyzullayeva O.V., Mahmudova Y.Ə. Доклады АН Аз.ССР, 1961, том XVII, № 9, стр.829-831.