Lyu Vanq

Lyu Vanq

Lyu Vanq
Ölkə
İxtisas Qırıcı təyyarəçi
Hərbi rütbəsi ÇXAO HHQ Baş polkovnik
Doğum tarixi 25 mart 1969(1969-03-25) (54 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lyu Vanq (çin.qıs. 刘旺,pinin; Liu Vanq; 1969-cu ildə doğulmuşdur) –Çin Xalq Respublikasının təyyarəçi (pilot)-kosmonavtı, Qəhrəman Kosmonavt (2012).

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Lyu Vanq 1969-cu il martın 25-də Şensi əyalətinin Pinyao qəzasında doğulmuşdur. 1988-ci ildən Çin Xalq azadlıq ordusunda hərbi-hava qüvvələrinin təyyarəçisi (pilotu) kimi xidmət edir. Heyət komandiri vəzifəsində xidmət etmişdir. Çin Xalq Respublikası Hərbi-Hava Qüvvələrinin Baş polkovniki. Çin Kommunist partiyasının üzvü (1988-ci ildən).

Hazirlıq və kosmosa uçuş[redaktə | mənbəni redaktə et]

5 yanvar 1998-ci ildə Şençjou kosmik proqramında iştirak etmək üçün kosmonavt dəstəsinə seçilir. ÇXAO-nun kosmonavt heyətinin ikinci dərəcəli kosmonavtı olur. 2012-ci ilin martında orbital modul operatoru qismində “Şençjou-9” kosmik gəmisinin ekipajının tərkibinə daxil olur. 2012-ci ilin 16-29 iyununda özünün ilk kosmik uçuşunu həyata keçirir. İyunun 18-də “Şençjou-9” kosmik gəmisi avtomatik rejimdə “Tyanqun-1” orbital moduluna biləşdirildi, iyunun 24-də söküldükdən sonra, Lyu Vanq tərəfindən idarə olunan mexaniki qoşulma həyata keçirildi. Uçuş 12 gün 15 saat 25 dəqiqə 24 saniyə davam etdi[1].

2012-ci ilin oktyabrında ÇKP MK-nin, ÇXR Ali Soveti-nin və Baş hərbi sovetin qərarı ilə Lyu Vanqa “Qəhrəman kosmonavt” fəxri adı verildi. O həmçinin III dərəcəli “Kosmonavtika sahəsindəki xidmətlərinə görə” ordeni ilə təltif olundu[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Statistics - Liu Wang" (ingilis). spacefacts.de. 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  2. "Награды китайским космонавтам". 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-04.

Xarici linklər[redaktə | mənbəni redaktə et]