Kosmonavt

Yuri Qaqarin, ilk kosmonavt

Kosmonavt (ABŞ-də astronavt, Çində taykunavt) — kosmik uçuşlar zamanı kosmik texnikanın sınağını və istifadəsini həyata keçirən şəxs.

Kosmik uçuş anlayışı ölkələrə görə fərqlənir. Beynəlxalq Aeronavtika Federasiyasının (FAI) təsnifatına görə yüksəkliyi 100 km-dən, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) təsnifatına görə isə yüksəkliyi 50 mildən (80 km 467 m) artıq olan uçuşlar kosmik uçuş adlandırılır. Rusiyada yalnız orbital uçuşlar, yəni kosmik aparatın Yerin ətrafında ən azı bir tam dövr etdiyi uçuş kosmik uçuş hesab edilir. Bu səbəbdən, müxtəlif mənbələrdə kosmonavtların ümumi sayı bir-birindən fərqlənir.

Astronavt Bryus Mak-Kendles (11 fevral 1984)

20 iyun 2011-ci il tarixinə 38 ölkədən 523 nəfər kosmik uçuşda olublar. Ballistik trayektoriya üzrə 100 km-dən artıq yüksəkliyə qalxmış 4 nəfər (FAI-nin təsnifatı) və ballistik trayektoriya üzrə 50 mildən artıq, lakin 100 km-dən aşağı yüksəkliyə qalxmış 6 nəfər (ABŞ HHQ-nin təsnifatı) vardır.

Kosmonavtlar arasında 55 qadın var.