Lyudmila Xristeseva (belar. Людміла Хрысцесева, bədii təxəllüsü L. Xristeseva/ L. Christeseva/ Л. Христесева/; 1978, Mogilyov) — Belarus mənşəli İsveç rəssamı. 2001-ci ildə Belarusun Vitebsk Dövlət Texnologiya Universitetində incəsənət və tekstil dizaynı üzrə magistr dərəcəsi aldıqdan sonra Xristeseva İsveçə köçdü və İsveç dizayneri Lars Vallinin yaradıcı heyətinə qatıldı.
Lyudmila Xristeseva | |
---|---|
Doğum tarixi | 1978 |
Doğum yeri | |
Fəaliyyəti | incəsənət xadimi |
Təhsili | |
christeseva.com |
Belarus və İsveç mədəniyyətinin sintezi Xristesevanı gender, şəxsiyyət və fərqli mədəniyyətlərdə qadınların təmsilçiliyi mövzularını öyrənməyə ilham verdi. Xristeseva İsveçdə və xaricdə müxtəlif sənət layihələrində və sərgilərdə fəal iştirak edir.[1][2][3] Artten adlı ona məxsus studiyası Stokholmun mərkəzində yerləşir və gənc sənətçilər üçün sərgi sahəsi kimi fəaliyyət göstərir.[4]
Xristeseva Stokholm Universitetində moda tarixi və nəzəriyyəsi üzrə magistr dərəcəsini qazanmışdır. Onun dissertasiya mövsusu Pussy Riot olmuşdur, elmi işində o, dəbli aksesuar balaklavanı müxalif fikirlərin kommunikasiyası vasitəsi kimi istifadə etmişdir. O, həmçinin "Konstfack" Ali İncəsənət Məktəbində təhsil almışdır.[5]
Fərqli mədəniyyətlərdə qadınlıq mövzusundakı "Sustainidentuty" sərgisi Qazaxıstanda (2015) və Belarusda (2016) yerli diplomatik korpusun dəstəyi ilə təqdim edilmişdir. Tualdan hazırlanmış yüksək moda prototipləri olan heykəllərin Ordu Muzeyində (2016), Amerikanın Stokholmdakı səfirinin iqamətgahında, Şimali Ölkələr Muzeyində (2017-2018), eləcə də Rusendal bağında ( 2018) sərgisi baş tutmuşdur. 2017-ci ildə Xristeseva İsveç İnstitutu üçün ”Ingmar Bergman and his legacy in fashion and art” sərgisinin prodüseri kimi çıxış etdi.[6] Sərgi, İnqmar Berqmanın yubiley ilində İsveç səfirliklərinin dəstəyi ilə, dünya muzeylərində və sənət qalereyalarında nümayiş olunmuşdur. 2018-ci ilin yayında "Bergmancenter" Lyudmila Xristesevanı Forö adasında "Yenilməz qadınlıq" sənət layihəsini təqdim etməyə dəvət etdi.[7]
L. Xristeseva eyni zamanda Stokholmda "UN Women Sverige" (2017) üçün "HeforShe Arts Week" təşəbbüskarı və prodüseridir (2017). Moda həftələri münasibətilə 2018-ci ilin payızında Lyudmila “Fashion Speaks” ("Moda danışır") adlı yeni layihəsinə başladı, orada o, narıncı tualları "Orange Day" aksiyasının rəssamlıq təşəkkülü kimi təqdim etdi. Adı "Narıncı gün" mənasını verən aksiya "BMT-qadınlar" tərəfindən yaradılıb və qadına qarşı şiddəti dayandırmağa çağırır.
28 avqust 2019-cu ildə Xristeseva, görkəmli İsveç qadınlarını bacılıq ideyası ətrafında birləşdirdi və onları “”Fashion Speaks: 100 shades of nature” adlı layihəsində iştirak etməyə dəvət etdi. Dəvət olunanlar arasında İsveç mədəniyyət prodüseri Ulrika Skuq Holmqord də yer almışdır. Stokholmun qəlbində, "Strandvägen allé"də bu qadınlar "Historia Naturalls" adlı Belarus markasından ekoloji təmiz paltar kolleksiyasını nümayiş etdirdilər.[8] Bu layihənin iştirakçıları arasında İsveçin Belarusdakı səfiri Kristina Yuhannesson və Qadın Hüquqları Təşkilatının qurucusu Mariya Rəşidi də var idi.
"Sustainidenity",[9] "Pinkism"[10] və "The sky over"[11] kimi L. Xristeseva əsərində bir neçə bədii istiqaməti inkişaf etdirir.