Ernst İnqmar Berqman (isv. Ernst Ingmar Bergman ⓘ; 14 iyul 1918[1][2][…], Uppsala[d][3] – 30 iyul 2007[2][4][…]) - İsveçli olan kino və teatr rejissoru, yazıçısı və ssenaristidir. İnqmar Berqman insanın təkliyini, müxtəlif səbəblərlə çəkdiyi ruhi ağrıları, cinsi problemlərindən qaynaqlanan filmləriylə tanınır.
İnqmar Berqman | |
---|---|
Ernst Ingmar Bergman | |
Doğum adı | Ernst Ingmar Bergman |
Doğum tarixi | |
Doğum yeri | İsveç Uppsal |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | İsveç Forö |
Vətəndaşlığı | İsveç |
Həyat yoldaşı |
Else Fisher (1943–45) Ellen Lundström (1945–50) Gun Grut (1951–59) Käbi Laretei (1959–69) Liv Ulman (1965–1970) Ingrid von Rosen (1971–95) |
Partnyorları | |
Fəaliyyəti | Rejisor |
Fəaliyyət illəri | 1944—2005 |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000005 |
ingmarbergman.se | |
Vikianbarda əlaqəli mediafayllar |
İnqmar Berqman 14 iyul 1918-ci ildə İsveçin Uppsal şəhərində Lüteran kilsəsinin naziri Erik Berqman və tibb bacısı Karinin ailəsində doğulmuşdur.[5] Onun düşüncə və əxlaq anlayışının formalaşmasına yetişdiyi dindar ətrafın böyük təsiri oldu. Onun yaşca böyük qardaşı Daq və Marqareta vardır. Berqmanın duyğu və düşüncələrini görüntüylə izah etmə meylinin doğulmasında, kilsədə gördüyü dini rəsmlərinin böyük əhəmiyyətli rolu vardır.
Berqman Stokholm Universitetində sənət, tarix və ədəbiyyat üzrə şöbədə dərs alır. Tələbəlik illərində teatrla maraqlanır, oyunlar yazır və onlara rejissorluq edirdi. Ssenarisini yazdığı "Hets" (1944; "Əzab") filmi böyük maraqla qarşılandı. Bu müvəffəqiyyətin verdiyi etibarla ilk filmini "Kris" (1946; "Böhran") filmini çəkdi. Daha sonra bir neçə filmində də gəncliyin, dəyişən cəmiyyətə uyğunlaşma, eşq və əsgərlik kimi problemlərini işlədi. Berqmanın sonrakı filmlərində üzərində çox dayanacağı mənfilik mövzusunu işlədiyi ilk filmi "Fangelse" (1949; "Zindan") oldu. Pisin hər zaman yaxşını kölgədə buraxdığı düşüncəsini ələ alan film, dünyanı şeytanın idarə etdiyini inanan bir rejissoru izah edirdi.
Berqman filmlərində nümayişdən uzaq, sadə bir izahat istifadə edir. İnsanların bir-birlərini anlamamağındakı ziddiyyətləri təhlil etməyə çalışır. Berqmanın filmlərinin bir xüsusiyyəti də, əksəriyyətlə dəyişməyən oyunçu heyətidir. Bunlar Herriet Andersson, İnqrid Tu-lin, Liv Ulman, Bibi Andersson, Maks von Sidovv kimi İsveç kinosunun qabaqda gələn oyunçularıdır.
Berqman "Kvinnors Vantan" (1952; "Gözləyən Qadınlar") kimi komediya filmləri və "Som-marek med Monika" (1953; "Monika ilə Yay") kimi gənclik eşqini izah etdiyi optimist filmləri də idarə etdi. Amma onun sənətini və müzakirə istədiyi problemləri ən yaxşı əks etdirən "Det sjunde inseglet" (Yeddinci Möhür; 1956), "Smultronstöllet" (Çöl çiyələkləri; 1957), "Tystnaden" (Səssizlik ; 1963), "Təmas" (Beröringen; 1970), "Viskingar och Rop" (1972; "Qışqırıqlar və pıçıltılar"), "Ansikte mot ansikte" (Üz-üzə; 1975) kimi filmləridir.
İnqmar Berqmanın filmlər çəkməsinə baxmayaraq ilk sənəti teatr rejissorluğuna da böyük önəm verirdi. Vilyam Şekspir kimi dramaturqların pyeslərini tamaşaya qoyurdu. Rejissor ömrünün son illərini Baltik dənizində yerləşən Forö adasında keçirmiş və 30 iyul 2007-ci il tarixində vəfat etmişdir.
1956-cı ildə Kann kinofestivalında göstərilən "Bir yay gecəsində gülümsəmək" filmi tam bir hadisə yaratdı. Münsif, digər filmlərin də varlığı səbəbiylə, bu filmə xas bir "mükafat yaratmaq" (Poetik Həcm Mükafatı) məcburiyyətində qaldı. Beləcə, Berqman, hazırladığı 18-ci filmiylə birlikdə bir anda kəşf edildi. Berqmanın bütün filmləri, Avropa kino zallarında populyarlıq əldə etdi. 1957-ci ildə Kann kinofestivalında göstərilən baş əsər (Yeddinci Möhür) bu modanı düzərək artmasında təsirli olmuşdu.
Daha əvvəlki illərdən yalnız Berqmanın "Monika ilə yay" adlı filmi daha çox baxılırdı. Çünki həmin dövr tarixlərdə "İsveç" deyilincə, ilk öncə erotik janrlı filmlər düşünülürdü. 1970-ci illər, Berqmanın Avropada bir əfsanə halına gəldiyi illərdir. Maliyyə polisin sahibinin dəfələrlə Berqmandan aldığı izahata görə ölkəsinə küsən sənətçi, 1976-cı ildə Almaniyanın Münhen şəhərinə daşınır.
İkinci dünya müharibəsi dövründən sonra İsveçdə yüksələn bir intihar nisbəti və dini ənənələrə bağlılığın sarsılanması söz mövzusuna çevrilmişdir. Berqmannın ilk dövr filmləri də bu ümidsizlikdən təsirlənir. Filmlərin adları da bunu sübut edir. Ümumiyyətlə, insanlar yaranma çətinliklərinə, ümidsiz bir təkliyin içində çarpılanmağa və bəzən də intihar cəhdlərində olmaqdadırlar. Bu qaranlıq meyilliyin zirvə nöqtəsi "Zindan" adlı filmdir.
Berman üçün bir-birini izləyən yeniləmə və zənginləşdirməkdən ibarət olan bir dövrü başlayır. Eşq, sevgi, ayrılıq kimi mövzuları buna aiddir. Qadınlara istiqamətli meyl dövrü filmlərində ağırlıq təşkil edir. Qadınlara, açıqca imtiyaz tanınır; yaxşı rollar verilir, qalib gəlmələri təmin edilir. Kişilər isə kiçik hesab edilir, məsxərəyə alınir, alçaldılırdı.
İlk planlarından etibarən kameranın obyektivinin səmaya doğru çevrildiyi "Yeddinci Mühür" ilə birlikdə Berqmanın şaquli film dövrü başlayır. (Bu anlayış, metafizik təsvirlərdə çox gündəlik gərçəklərə maraq duyan İsveçli gənc kinoçular Berqmanın kinosunu kiçik hesab etmək üçün dedikləri addır. Lefevre, bu adı istifadə edərək bir dövrü adlandırır). "Çöl çiyələkləri"ndən etibarən bu metafizik istintaq bir hal alır və dövrün daha sonrakı filmlərində gedərək metafizik xüsusiyyətindən tamamilə uzaqlaşır. Son filmi yaxşıdan yaxşıya "əyləndirici" bir tərzə bənzəyər.
Bu dövr "Otaq kinosu" üçlüsündən ibarətdir. Ayrıca bu filmlərdə rejissor, tanrı probleminə son bir dəfə dönər. Hətta "İbadət edənlər" filmində, tanrının ölümünü elan edir.
Yaxın planların heyranlıq verici şəkildə istifadə edildiyi yeni bir üçləməni araya çıxarır. Bu filmlərlə birlikdə Berqmanın parçalama texnikalarından daha çox istifadə etdiyi görülür. "Persona" filmində tamaşaçıya proyeksiya alətinin varlığı başa salınır. Filmin başlanğıcı, kiçilən ədədlərin sıra ilə "Başla" sözünün izləyişini göstərir. Proyektorun gurultusu "Səs bandım" musiqisini bəsləyərkən, kamera, cihazın kimi hissələrinin detallarının xüsusiyyətini verir. Filmin can alan yerində Berqman filmin sürüşdüyü və qopduğu təəssüratını yaradır. Eyni əməliyyat filmin sonunda da təkrarlanır və "Filmin sonu" yazısı meydana çıxmır. "Qurdların Saatı" filmində, filmin adı heç gözlənilməz bir anda görünüşə gəlir. "Ayin" filmi doqquz parçaya ayrılmışdır. Bir tutqunun oyunçuları, görüş suallarına cavab vermək haqqında şəxsi fikirlərini ifadə etmək üzrə oyunun axışını anında kəsirlər. "Qışqırıqlar və pıçıltılar" və "Fenni və Aleksandr" filmlərində mövzuların sərhədlərinə girilir; tamaşaçı narahat edilir. "Son bahar sonatı" filmində keşiş personajı tamaşaçılara bilavasitə yoldan səslənir.
Von Ingmar Bergman (autobiografische Texte):
Über Ingmar Bergman: