Lyuis Hatçinson (ing. Lewis Hutchinson; 1733, Şotlandiya – 16 mart 1773) — Yamaykada yaşamış şotland immiqrant, Yamayka tarixində qeydə alınmış ilk seriyalı qatil.[1]
Lyuis Hatçinson | |
---|---|
Doğum tarixi | 1733 |
Doğum yeri | |
Vəfat tarixi | 16 mart 1773 |
Vəfat səbəbi | asılma[d] |
Fəaliyyəti | seriyalı qatil |
Edinburq qalasının Dəli Ustası və Dəli Doktoru kimi daha yaxşı tanınan Hatçinson 1733-cü ildə Şotlandiyada anadan olmuşdur. Onun burada tibb təhsili aldığı güman edilir.[1]
1760-cı illərdə Edinburq qalası adlı mülkə rəhbərlik etmək üçün Yamaykaya getmişdir. Deyilənə görə, o, evi qanuni yolla əldə etmişdir, lakin öz mal-qarasını qonşulardan oğurluq yolu ilə saxlamışdır.[2]
Hatçinson Yamaykaya gəldikdən qısa müddət sonra səyahətçilər yoxa çıxmağa başlamışdır. Edinburq qalası uzun illər Sent-Enn körfəzindən gedən yolda yerləşən yeganə məntəqə idi. Səyahətçilər bu qalada dincəlirdi, ancaq Hatçinson tərəfindən öldürüldülər. Onun qurbanları bütün irqlərdən, formalardan, ölçülərdən və iqtisadi siniflərdən idilər. [3]
Hatçinsonun törətdiyi qətllər ilə bağlı nəyin doğru olduğu mübahisəlidir. O, tək səyahətçiləri güllələyirdi və deyilənə görə, qurbanlarının qanı ilə qidalanır, həm də onları =n bədənlərini parçalayırdı. Bəzi mənbələrə görə, o, öz qurbanlarının qalıqlarını heyvanların ziyafəti üçün pambıq ağacına və ya çuxura atırdılar. Həmin çuxur Hatçinson çuxuru kimi tanınmışdır.[1]
Hatçinsonun şöhrəti onu diqqət altına almışdı, çünki bir çoxları qorxusundan ondan qaçırdılar. Qurbanlarına olan rəftarı haqqında nağıllar və qətllərin təfərrüatları onu əfsanəvi etmişdi. Buna görə Hatçinson bir müddət səlahiyyətlilərdən yayınmışdır. Hatçinson onu tutmağa cəhd edən Con CKlendar adlı britaniyalı əsgəri vurandan sonra Köhnə limana doğru hərəkət etmiş və gəmiyə minmişdir. Admiral Rodninin komandanlıq etdiyi Kral Donanması Hatçinsonu qaça bilməmişdən əvvəl tutmuşdur.[1][2]
Yaxalandıqdan qısa müddət sonra mühakimə olunmuş və təqsirli bilinmişdir. 1773-cü ildə İspan Şəhər meydanında asılmışdır. Son pul məbləği məlum olmasa da, həbs edildikdən sonra Hatçinsonun mülkündə axtarış aparıldıqdan sonra təxminən 43 saat və külli miqdarda paltar tapılmışdır.[3][4]