Lyusiya Qaruta (latış. Lūcija Garūta; 14 may 1902[1], Riqa[2] – 15 fevral 1977[1], Riqa[2]) — Latviyalı pianoçu və bəstəkar. Latviya SSR əməkdar incəsənət xadimi (1962).
Lyusiya Qaruta | |
---|---|
latış. Lūcija Garūta | |
Doğum tarixi | 14 may 1902[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 1977[1] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | bəstəkar, musiqiçi, musiqi pedaqoqu, pianoçu, şair |
Yeddi yaşında Oto Voqelmanisdən fortepiano öyrənməyə başlayır, sonra Mari Zilinskayanın sinfində oxuyur. Nikolay Alunanın rəhbərliyi altında harmoniya dərsləri alır. 1924-cü ildə Latviya Konservatoriyasını Yazep Vitols ilə bəstəkarlıq sinfini və bir il sonra Lyudmila Qomane-Dombrovskayadan fortepiano dərləri alır, məzun olur. 1925–1926-cı illərdə Riqa Radiosunda çalışır. Parisdə bacarıqlarını artırmağa davam edir, burada Alfred Kortot və İsidora Filippedən fortepianodan, Paul Le Flem alətlərdən və Paul Dukladan bəstəkarlıqda təhsil alır. Solist və müşayiətçi kimi Latviyada və xaricdə çoxsaylı konsertlərdə iştirakl edir. Sonra xəstəlik üzündən bəstəkarlığa keçir. 1940-cı ildən Latviya Dövlət Konservatoriyasında musiqi nəzəriyyəsi və bəstəkarlıqdan dərs deyir. 1973-cü ildə professor dərəcəsi alır.
Riqada Meşə Qəbiristanlığında dəfn edilir.
Müstəqil Latviyada musiqisinin populyarlaşdırılması ilə məşğul olan Qaruta Fondu qurulmuşdur. Qarutanın Riqada yaşadığı Aleksandr Çak (Sovet dövründə Suvorov küçəsi olmuşdur.) küçəsindəki evə bir xatirə lövhəsi quraşdırılmışdır.
Qarutanın əsərləri keçmiş romantizm bəstəkarlarından və Aleksandr Skryabindən təsirlənmişdir. Ən böyük diqqət "Tanrı, sənin torpağın yanır!" oratoriyasına çəkilmişdir. Bu əsər tenor, bariton, xor və orqan üçün, 1943-cü ildə Andrey Eqlitisin sözlərinə yazılmışdır. Oratoriyanın premyerası 15 mart 1944-cü ildə Riqa Müqəddəs Qertruda Katedralində baş tutur. Teodor Reiterin rəhbərliyi altında xor, müğənnilər Adolfs Kaktunş və Maris Vetra tərəfindən ifa edilir. Sovet dövründə oratoriya itirilmiş sayılırdı, lakin 1982-ci ildə bəstəkar və musiqişünas Lonqins Apkalns səs yazısını alman radiostansiyalarının arxivində tapır və partituru yenidən qurur; 8 may 1982-ci ildə oratoriya yenidən Stokholmda səsləndirilir. SSRİ-də oratoriyanın dirçəlişi 1988-ci ildə baş verir, onu İmant Kokarın rəhbərliyi altında "Ave Sol" xoru ifa edir. Hal-hazırda "Tanrı, sənin torpağın yanır!" oratoriyası Latviya Mədəniyyət Kanonuna daxil edilmişdir[3].
"Əməkdə fərqlənməyə görə" medalı (01/03/1956)