Möcüzə (film, 2014)

Möcüzə — rejissoru və ssenaristi Mahsun Qırmızıgül olan 2014-cü il istehsalı film. Film 1 yanvar 2015-ci ildə kinoteatrlarda göstərilmişdir. Çəkilişləri Foça, Qars, Uşak və Kağızmana bağlı bir kənddə aparılmışdır.[1][2]

Möcüzə
türk. Mucize
Filmin posteri
Filmin posteri
Janr dram, komediya
Rejissor Mahsun Qırmızıgül
Ssenari müəllifi Mahsun Qırmızıgül
Baş rollarda Mahsun Qırmızıgül
Talat Bulut
Bəstəkarlar Mahsun Qırmızıgül
Yıldıray Gürgen
Distribütor Netflix
İlk baxış tarixi 1 yanvar 2015
Müddət 136 dəqiqə
Büdcə $5 milyon
Gəlir ₺39.380.225,00
Ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
Dil Türk dili
İl 2014
Rəng rəngli
IMDb ID3138782

Məzmun[redaktə | mənbəni redaktə et]

Film 1961-ci ildə baş vermiş gerçək hekayəyə əsaslanır. Çox rahat şəraiti olan sahil qəsəbəsindən Anadolunun dağ kəndinə təyin olunan Mahir müəllimin kəndə gəlməsi ilə kəndlilər uşaqlarının savadlancağına ümid edirlər. Lakin kənddə təhsil üçün məktəb binası belə yoxdur. Mahir qızların da məktəbə göndərilməsi şərti ilə kənddə qalmağı qəbul edir. Kəndxudanın Aziz adlı əngəlli oğluna da dərs verən Mahir onun inkişafına səbəb olur. Kəndxuda Azizdən başqa bütün övladlarını evləndirmişdir. Azizin evlənmək istəyini atası hər dəfə rədd etmək məcburiyyətində qalır. Kəndxuda şəhərdə olarkən bir nəfərin sui-qəsddən sağ çıxmasına səbəb olur. Həmin insan yaxşılığın əvəzini vermək üçün qızını onun oğluna verəcəyini bildirir. Lakin kəndxuda oğlunun şikəst olduğunu deyir. O, isə "qəlbi şikəst olmasın" deyir və qızını Azizə ərə verir. Aziz evləndikdən sonra kəndlilərin ələ salmalarına dözə bilmir və kənddən qaçır. Mahir də təyini bitdiyi üçün kəndi tərk edir. 7 il sonra Mahir kəndə Aziz və onun 2 uşağı ilə qayıdır. Hamı Azizin tamamilə sağalmasına təəccüb edir və ondan əməliyyat olunub olunmadığını soruşur. Aziz isə "xeyr mən sadəcə arvadıma aşiq oldum" deyir.

Rollarda[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2015-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-27.
  2. "Arxivlənmiş surət". 2015-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-27.