Möhsün Axundov (Möhsün Həmid oğlu Axundov; 20 mart 1910 Qovlar qəsəbəsi, Tovuz — 1963) — “Qırmızı Əmək Bayrağı”, “Lenin ordeni” ilə təltifçisi, Əməkdar müəllim[1].
Möhsün Axundov | |
---|---|
Möhsün Həmid oğlu Axundov | |
Doğum tarixi | |
Doğum yeri | Qovlar qəsəbəsi, Tovuz |
Vəfat tarixi | (53 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Mükafatları |
|
Möhsün Axundov 20 mart 1910-cu ildə Tovuz rayonunun Qovlar qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur[2]. Atası Həmid Axund Qahirə İslam Universitetini bitirmişdir. Anası Mələk Qasım qızı Tovuz rayonu Qoşa kəndində dünyaya gəlib.
1937-ci ildə iki illik qiyabi müəllimlər institutunun coğrafiya fakültəsini bitirmişdir. 1939-ci il Azərbaycan SSR Xalq Maarif Komisarrarlığı tərəfindən 11 iyul tarixli qərarına əsasən məktəb müəllimi adını alaraq birinci-yeddinci sinifə qədər dərs demək hüququ qazanmışdır. 1942-ci il 4 aprel tarixində Azərbaycan SSR Xalq Maarif Komisarlığı Dövlət Qiyabi Pedaqogika İnstitutunu bitirərək orta məktəb müəllimi adı verilmişdir.
Əmək fəaliyyətinə 1924 -cu ildə başlamışdır. 1930-cu ildə Tovuz rayon marif sitemində məktəb direktoru olaraq çalışmışdır. Bundan başqa Tovuz rayon A.S. Puşkin məktəbdə tədris işləri üzrə muavin, rayon maarif şöbəsində metodiki kafedranın müdrü, maarif ali məktəb elmi idarə işçiləri həmkarlar ittifaqı Tovuz rayon komitəsinin sədri, maarif şöbəsində inspektor vəzifəsindı çalışmışdır [3][4]. Əmək fəaliyyəti dövründə "Qabaqcıl Marif Xadimi Döş Nişanı", "1941-1945 Fədakar Əməyə Görə Medalı", "Qırmızı Əmək Bayrağı Ordeni" və "Lenin Ordeni" ilə təltif edilmiş və "Azərbaycan SSR Əməkdar Müəllimi" adına layiq görülmüşdür. 1961-ci ildə Azərbaycan Müəllimlərin 4-cü Qurultayının iştirakcısı olmuşdur.
Ailəlidir, 7 övladı var.
Möhsün Axundov 1963-cü ildə vəfat etmişdir.
Bozalqanlıda müəllim kimi ilk əmək fəaliyyətinə başlayan Möhsün Axundov daha sonra Tovuz, Böyük Qışlaq, Aşağı Quşçu kənd məktəblərində də işləmişdir. Həmin illərdə məktəbdə dərs deməklə yanaşı, rayon maarif şöbəsində inspektor vəzifəsində çalışmışdır[5].
Zakir Zeynalov müəllimi haqqında yazırdı:
Möhsün müəllimin bir insan kimi məktəbdə, ailədə və rayon ictimaiyyəti arasında davranışının özü bir nümunə idi. Tanrı o kişidən heç nəyini əsirgəmişdi. Gözəl qaməti, nurlu çöhrəsi, şirin söhbəti və ağayana duruşu onu başqalarından fərqləndirirdi… |
Möhsün müəllimin əməyi sağlığında yüksək qiymətləndirilmiş, hökumət və dövlət mükafatlarına layiq görülmüş, fəxri fərmanlar almış, "Qabaqcıl maarif xadimi", "Xalq maarifi əlaçısı" döş nişanları ilə təltif edilmiş, respublika müəllimlərinin bir neçə qurultaylarına nümayəndə seçilmişdir. Vətənə layiq övladların yetişdirilib tərbiyə olunmasında xidmətlərinə görə Möhsün Axundova "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir[2].