Mömünat Qurbanova

Mömünat Qurbanova — aktrisa.[1]

Mömünat Qurbanova
Fayl:Mömünat Qurbanova.jpg
Doğum tarixi
Doğum yeri Buzovna, Bakı
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Nabran, Xaçmaz
Vəfat səbəbi Avtoqəza
Fəaliyyəti Aktrisa

Mömünat Qurbanova 8 dekabr 1958-ci ildə Buzovnada dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Kinoya ilk gəlişi "Dərviş Parisi partladır" filmindəki Şərəfnisə obrazı ilə baş verir. Burada o, gələcək həyat yoldaşı Ənvər Həsənov ilə tanış olur. Aktrisa cəmi 3 filmdə rol alır və hər 3 filmdə həyat yoldaşı da iştirak edir. Onlar "Atları yəhərləyin"(Qanlı zəmi) və "Sonuncu döyüş" filmlərində çəkilirlər. Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də vəfat etmişdir. Aktrisa 50-ci doğum gününü qeyd etmək üçün ailəsi ilə birgə Nabrana getmişdir. Onlar Nabrandan geri qayıdarkən qəzaya uğramışdırlar. Nəticədə Mömunat Qurbanova bu qəzada dünyasını dəyişmişdir.[2]

  1. Dərviş Parisi partladır (film, 1976)
  2. Atları yəhərləyin (film, 1985)
  3. Son döyüş (film, 1996)
  1. Qurbanlı, R. Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də... Qaçaq Nəbinin Həcəri, Ənvər Həsənovun Möminatı: [Ənvər Həsənovun həyat yoldaşı Möminat Qurbanova haqqında] //Ədalət.- 2012.- 26 dekabr.- S.8.
  2. "Qaçaq Nəbinin Həcəri, Ənvər Həsənovun Möminatı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-19.