Son döyüş (film, 1996)

Filmdəki hadisələr dünyanın bütün ölkələrində baş verə bilərdi, çünki mafiya adlanan vəba hər bir ölkədə eynilə bir-birinə bənzəyir. Mafiyanın milliyyəti olmur, deməli, onlar üçün hər hansı bir sərhəd də mövcud deyildir.

Son döyüş
Fayl:Son döyüş (film, 1996).jpg
Janr idman
döyüş
macəra
cinayət
triller
Rejissor Xəyyam Aslan
Ssenari müəllifi Xəyyam Aslan
Baş rollarda Xəyyam Aslan — Səbuhi
Səbinə Cabbarzadə — Kəmalə
Nadir Muqbilov — Nadir
Muxtar Maniyev — Məşqçi
Ənvər Həsənov — Ənvər bəy
Ramiz Məlikov — Boss
Operatorlar Amin Novruzov
Kənan Məmmədov
Yuri Varnovski
Bəstəkar Səyavuş Kərimi
Rəssamlar Rafiz İsmayılov
Fikrət Ələkbərov
İstehsalçılar "Tilsimfilm" Kinoşirkəti
"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1996
Filmin növü tammetrajlı bədii film
Müddət 91 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1996
Texniki məlumatlar 10 hissə
2545 metr
35 mm
Rəng rəngli

Film Vətənini, ailəsini hər şeydən üstün tutan və pula satılmayan karate üzrə məşhur idmançının başına gələn əhvalatlardan söhbət açır.

Filmin baş qəhrəmanı, Dünya çempionu Səbuhi Aslan (Xəyyam Aslan) dzyu-do üzrə xaricdə keçirilən Beynəlxalq yarışda iştirak etmək üçün dəvət alır.

İdmançıların və məşqçilərin pulla ələ alınması barədə çox hadisələr mövcuddur. Səbuhi rəqibləri ilə yarışarkən bir-birinin ardınca qalib gəlir. Buna görə də mafioz başçıları onu ələ almağa qərar verirlər. Onlar son döyüşü uduzmaq məqsədilə Səbuhiyə külli miqdarda pul təklif edirlər. Azərbaycan idmançısı Bossun (Ramiz Məlikov) və onun komandasının təklifini rədd edir...

Anaya, vətənə və ailəyə məhəbbət filmdən qırmızı bir xətt kimi keçir. Bu əlaqələndirici bağlılıq qəhrəmanın xarakterini formalaşdırır, o, sarsılmaz və mətin xarakterli şəxsiyyətə çevrilir.

Baş qəhrəmanı mənən sındırmaq, heysiyyatına toxunmaq üçün onu müxtəlif bəhanələrlə ləkələməyə çalışır, həbsxanaya salır, işgəncə verirlər. O, bütün bu iftiraları rədd edir, çünki o, məğlubedilməzdir. Onun üçün ana vətən bütün maddi nemətlərdən ucadır. Səbuhi öz qüvvəsinə inanır. Vətən şərəf, vicdan və azadlıq deməkdir. Bunlar isə satılmır.

Film üzərində işləyənlər (titrlərdəki sıraya görə)

[redaktə | mənbəni redaktə et]
Prodüser: Marsel Abdullaoğlu
Ssenari müəllifi: Xəyyam Aslan
Quruluşçu rejissor: Xəyyam Aslan
Quruluşçu operator: Amin Novruzov, Kənan Məmmədov, Yuri Varnovski
Quruluşçu rəssam: Rafiz İsmayılov, Fikrət Ələkbərov
Bəstəkar: Səyavuş Kərimi
Səs operatoru: Kamal Seyidov
Sinxron mətnin müəllifi: Eldəniz Rəsulov
Sinxron mətnin redaktoru: Eldəniz Rəsulov
Montaj edən: Lyudmila Lotina, Nataliya Albitskaya
Filmin direktoru: Aydın Hüseynov
Rejissor: Ənvər Həsənov, Adil İsmayılov, Rafiq Orucov
Operator: Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi), Tərlan Babayev (T.Babayev kimi)
Qrim rəssamı: Çingiz Paşayev
Fotoqraf-rəssam: Natiq İbrahimov
Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov
Quraşdırılmış səhnələrin rəssamı: E.Qurbanova
Musiqi redaktoru: İsmayıl Dadaşov
Mahnıların mətni: İsmayıl Dadaşov
Mahnı ifa edən: İlqar Muradov
Çalır: Rafiq Babayev Adına Studiyanın İnstrumental Ansamblı
Ansamblın bədii rəhbəri: Səyavuş Kərimi
Rejissor assistenti: Zilli Namazov, Tamilla Muxtarova, A.Sultanov
Operator assistenti: S.Kərimov, Sahib Səfərov (S.Səfərov kimi)
Səs texniki: Vidadi Samanduyev
İşıq ustası: Əliağa İbrahimov, Rüstəm Rüstəmov
Məsləhətçi: Musa Hümbətov (podpolkovnik)
Trüklərin quruluşu: Əli Məmmədov
Kaskadyor: Əli Məmmədov
Döyüş səhnələrinin quruluşu: Nadir Muqbilov
Rəng tənzimləyicisi: Əminə Cəfərova
Pirotexnik: Dmitri Kasilov
İnzibatçı: E.Məmmədov, Yusif Əlizadə, L.Sulyayeva
Bədii rəhbər: Ramiz Məlikov
Xəyyam Aslan — Səbuhi
Səbinə Cabbarzadə — Kəmalə
Nadir Muqbilov — Nadir
Muxtar Maniyev — Məşqçi
Ənvər Həsənov — Ənvər bəy
Ramiz Məlikov — Boss
Maya Şıxnəbiyeva — Mari
Tələt Rəhmanov
Həsən Məmmədov
Elmira Şabanova
Rafiq Əzimov — Vəkil
Süleyman Əhmədov — Məhbus
Zilli Namazov
Fərəc Fərəcov
Səhiyəddin Həsənov (S.Həsənov kimi)
Kazım Abdullayev — Həbsxana işçisi
İdris Rüstəmov
Faiq Babayev
V.Sədiyev
R.Abbasov
T.Musayev
Tərlan Babayev (T.Babayev kimi)
Şahmar Qəribli (Şahmar Qəribov kimi)
Elşən Şirəliyev
Heybət Heybətov
Əli Məmmədov
R.Muqbilov
B.Muqbilov
A.Musayev
N.Nəsirov
E.Eminov
M.Həsənova
Rafiq Orucov
Səbuhi Aslan
Səlim Quliyev

Filmi səsləndirən

[redaktə | mənbəni redaktə et]
Eldəniz Rəsulov — Səbuhi (Xəyyam Aslan) (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
Dövlət Yol Polisi
Daxili İşlər Nazirliyi
Ədliyyə Nazirliyi
"Bisütun" İstehsal Birliyi
Gənclər və İdman Nazirliyi Dzyu-Do Federasiyası