Mörfi qanunları — amerikalı mühəndis Edvard A. Mörfi tərəfindən yaradılan qanun. Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazların birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozmuşdur və bu uğursuzluq Edvard Mörfinin öz məşhur qanunlarının təməlini qoymağa səbəb olmuşdur. Mörfi qanunlarına görə "hər hansı bir işdə bir tərslik yaşanması ehtimalı varsa deməli bu ehtimal yaşanacaq". Sonra Mörfinin həmkarları, dünyanın bir çox ölkələrindəki davamçıları iş həyatında və ümumiyyətlə həyatda rastlaşdıqları tərslikləri yığcam qanunlar şəklində ifadə etməyə başlayıblar.[1]
- Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır.
- İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
- Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
- Yarışda sürətli, döyüşdə qüvvətli olan həmişə qazanmır, amma sən yenə də onların tərəfini saxla.
- Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır.
- Həll olunan hər problem yeni problemlər yaradır.
- Tunelin sonundakı işıq, gələn qatarın işıqları ola bilər.
- İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
- Özündən daha çılğın biri ilə heç vaxt sevişmə.
- Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.
- Təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.
- Biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual verir.
- İçində biri xarabdırsa inanın ki, məhz onu tortun xəmirinə qatacaqsız
- Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.
- Nə qədər gözləsən də, istəmədiyin vaxt gələcək.
- Hər şey yaxşı gedirsə, mütləq bir şey səhvdir.
- Əgər bir şeylə çox oynasanız, onu xarab edərsiniz.
- Bütün bir semestr mükəmməl işləyən kalkulyatorun batareyası riyaziyyat imtahanı zamanı tükənər.
(açıqlama: hər ehtimala qarşı yanınızda batareya daşısanız, onun da enerjisi bitəcək)
- Lotereyada pul qazandığınız gün ölməyinizə çox az qalıb.
- Əgər bir şeyi başa düşə bilmirsinizsə, bu, instinktiv olaraq doğrudur.
- Birisinə "masa rənglənib, ona toxunma!" desən, sənə inanmazdan əvvəl mütləq masaya toxunacaq.
- Əgər özünüzü yaxşı hiss edirsinizsə, narahat olmayın, keçəcək.
- Bir şeyi əvvəldən deyil, sondan axtarmağa başlayın.
- Dediyiniz bir şeyin dinləniləcəyi ehtimalı onu demək istəyinizlə tərs mütənasibdir.
- Bir şey birdən çox şəkildə səhv gedə bilərsə, həmişə mümkün olan ən pis şəkildə səhv gedəcəkdir.
- Bir şeyin səhv gedə biləcəyi imkanları qarşısını alsanız belə, dərhal yeni bir ehtimal yaranacaq.
- Nə vaxt bir şeydən imtina etsən, o imtina etdiyin şey sənə geri qayıdır.
- İşləmirsə, məcbur edin, qırılırsa, hər halda dəyişməlidir.
Mörfinin qızıl qaydası:
- Qızıl kimdədirsə, qanunu da o yazır.
- Heç vaxt unutma ki, sənin silahın ən ucuz materiallardan hazırlanıb və lazımi anda o işləməyəcək.
- Əgər avtomatın çalışsa, onda güllən qurtaracaq.
- Güllən də qurtarmasa, görəcəksən ki, vurmağa heç kim yoxdur.
- Əgər hücum doğrudan da yaxşı gedirsə, deməli siz pusqudasınız.
- Qısa yol həmişə minalanmışdır.
- Səngərdə heç vaxt ateistə rast gəlməzsən.
- Düşmən gülləsindən də dəqiq yalnız dost gülləsidir.
- Etdiyin hər bir hərəkət səninçün ölümcül ola bilər, hətta heç nə etməməyin də.
- Sən fikirləşirsən ki, düşmən daha yaxşı silahlanıb, o isə sənin silahlarının daha üstün olduğunu düşünür, siz hər ikiniz haqlısınız.
- Zabitlərin lovğalıq dərəcəsi onların orduda tutduğu ierarxik rütbə ilə tərs mütənasibdir.
- Partlama müddəti 5 saniyə nəzərdə tutulmuş qumbaralar 3 saniyəyə partlayacaqlar.
- Telefon qanunu — Telefon nömrəsini səhv yığan zaman, heç bir vaxt o nömrə məşğul göstərmir.
- Bəhanə qanunu — Müdirinizə desəniz ki, gecikməyə səbəb maşının təkərinin partlaması idi, sabahısı günü təkər hökmən partlayacaq.
- Riçard qanunu — Uzun müddət saxladığınız əşyanı atmaq olar. Hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.
- Məktub qanunu — Zərfi möhürləyən andaca ağla yeni fikirlər gəlir.
- Avtomobil tıxacı qanunu — Tıxacda olan zaman, olduğunuz xətti dəyişən kimi, əvvəl olduğunuz xətdə hərəkət başlayacaq.
- Yer qanunu — Haraya getməyinizə baxmayaraq, "Aa, sən burda nə gəzirsən ?" deyilir.
- Nəticə qanunu — Kiməsə nəyinsə işləmədiyini göstərmək istəyən zaman, o həmişə işləyəcəkdir.
- Kan aksiomu — Əgər başqa heç nə kömək eləmirsə, nəhayət, instruksiyanı oxuyun.
- Məhsul qanunu — Nəhayət ki, ən çox xoşunuza gələn məhsul tapan kimi, onun istehsalı dayandırılacaq.
- Görünmə qanunu — Sizi tanıyanın sizi görməsi ehtimalı heç kimin sizi görməməsini istədiyiniz zaman daha da çoxalır.
- İnsan bədəni qanunu — Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.
Mörfi qanunlarının tam əksi olan Yhprum qanunları da mövcudur. Bu qanun "Murphy" sözünün yazılışının əksinə yazılmaqla (Yhprum) Mörfi qanunlarının əksi olduğunu göstərir. Bu qanunların banisi isə Harvard Universiteti Siyasi İqtisad fakültəsinin müəllimi Riçard Zekhauserdir. Onun fikrincə "İşləməyən hər şey, işləyir". Paulo Koelyonun "Brida" romanında işlədilən bir ifadəni "İşləməyən saat belə, gündə iki dəfə doğru vaxtı göstərir" Yhprum qanunlarından hesab etmək olar.