Mövlanə Muzeyi Konyada yerləşən, öncədən Mövlanənin köşkü sayılan kompleksdə 1926-cı ildən bəri fəaliyyət göstərən muzeydir. "Mövlanə Türbəsi" olaraq da adlandırılır. Muzey 1927-ci ilin martın 2-də açılmışdır. 1954-cü ildən etibarən isə Mövlanə Muzeyi kimi adlandırılır.
Mövlanə | |
---|---|
Mövlanə Muzeyi | |
37°52′14″ şm. e. 32°30′17″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Konya |
Yerləşir | Konya |
Tikilmə tarixi | 6 aprel 1926 |
Rəsmi sayt | mevlanamuzesi.net/indexe… |
Vikianbarda əlaqəli mediafayllar |
(Yaşıl Qübbə) deyilən Mövlanənin türbəsi dörd qalın sütun üzərində tikilmişdir. O, gündən sonra tikinti işləri heç bitməmiş, 19-cu əsrin sonuna qədər tikilən əlavələrlə davam etmişdir. Osmanlı sultanlarının bir qisminin Mövləvi təriqətindən olması səbəbindən türbə xüsusi bir önəm əldə etmiş və yaxşı qorunmuşdur.
Muzeyin əhatə dairəsi bağçası ilə birlikdə 6.500 m² ikən aparılan genişləndirmə işləri nəticəsində əhatə dairəsi 18.000 m²-ə çatmışdır. Muzeyin bağçasında yerləşən və I Səlim tərəfindən tikilən kiçik su hövzəsi tikilisi Germiyanoğulları bəyliyi tərəfindən hədiyyə edildiyi deyilir.[1][2]
Kompleksə giriş ödənişli olan dövrdə aid olduğu Mədəniyyət Nazirliyinə ən çox gəlir gətirən ikinci muzey idi. (Birinci Topqapı sarayı muzeyi.)
Türbə, Mövlanənin ölümündən sonra inşa edilmişdir. Mövlanə 1273-cü ilin 17 dekabr tarixində vəfat edəndən sonra məhz burada atasının yanında dəfn edildi.