Müşfiq İsayev (azərb. İsayev Müşfiq Ağaəli oğlu; 1966, Bakı – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Müşfiq İsayev | |
---|---|
İsayev Müşfiq Ağaəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
Müşfiq İsayev 1968-ci ildə Bakı şəhərində anadan olub. O, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayevin kiçik qardaşı idi. Hadisə baş verən vaxt Müşvfiq hərbi xidmətdən 5 ay əvvəl qayıdıb. "Sağlamlıq" kooperativində işləyirdi. Hadisə gecəsi evdə oturmaq istəməyən Müşfiq Gənclik metrosunun yaxınlığına gəlir. Dostu Elxanın dediklərindən:
Həmin gecə ikimiz bir yerdəydik. Birdən stadiondan tanklar çıxmağa başladı. Çıxmaqlarıyla da oradakıları işıq saçan güllələrə tutmaqları bir oldu. Birdən Müşfiq yıxıldı. Qışqırdım ki, dur qaçaq. Dedi ki, ayağım tutulub, ovxala. Bu an gördüm ki, tanklar yaxınlaşır. Müşfiqin yanına uzandım. Onlar bizi ölmüş bilib keçdilər. Tanklar aralanan kimi onu qucağıma götürüb yaxınlıqdakı ağaclığa qaçdım. Aparanda əlim qana bulaşdı. Orada gördüm ki, güllə ürəyinin üstündən dəyib, sağ çiynindən çıxmışdı. O tez-tez
nəfəs alırdı. Hiss edirdim ki, son dəqiqələrini yaşayır. Burda məni ağlamaq tutdu.
O dedi: — Mənim günümə ağlamayın, öz gününüzə ağlayın ki, sabah... burda sözlərin düzümü qırıldı. Başı çiyninə düşdü. |